az en ru
Home Contact Phone
background
  • Ünvan: Az-1132, Bakıxanov qəsəbəsi, M.Fətəliyev küç.56
  • Faks: (+994 12) 428-33-77
  • E-mail: mail@sabunchu-ih.gov.az

Xəbərlər

  • Sabunçu rayonunda “Yel Çərşənbəsi” tənt...

    Sabunçu rayonunda “Yel Çərşənbəsi” təntənəli şəkildə qeyd olundu

    2018-03-13

    Bakı Şəhər İcra Hakimiyyətinin 78 saylı,19 fevral 2018-ci il tarixli “Bakı şəhərində “İlaxır çərşənbə” günü-Novruz bayramı münasibəti ilə tədbirlərin keçirilməsi haqqında” sərəncamına əsasən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatında müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir.

  • Sabunçu rayonunda ilk dəfə səs verəcək gənc...

    Sabunçu rayonunda ilk dəfə səs verəcək gənclərlə növbəti görüş keçirildi

    2018-03-12

    12 mart 2018-ci il tarixdə Sabunçu qəsəbəsində yerləşən 148 nömrəli tam orta məktəbin akt zalında “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramının tədbirlər planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında marifləndirmə işinin təşkili) icrasını təmin etmək məqsədilə gənclər, xüsusilə ilk dəfə səs verənlər arasında marifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi üçün Prezident Adminstrasiyası, Sabunçu rayon İcra Hakimiyyətinin dəstəyi və rayon Gənclər və İdman İdarəsinin təşkliatçılığı ilə 2018-ci il 11 aprel prezident seçkiləri ilə bağlı ilk dəfə səs verəcək Sabunçu rayon gəncləri ilə görüş keçirilmişdir.

  • Əhalinin tibbi müayinədən keçirilməsi Sabun...

    Əhalinin tibbi müayinədən keçirilməsi Sabunçu rayonunda uğurla davam etdirilir

    2018-03-09

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 2018-ci ilin fevral ayının 12-dən etibarən Sabunçu rayonunda əhalinin növbəti tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir.

  • Sabunçu rayonunda Seçki Məcəlləsinə əsasən...

    Sabunçu rayonunda Seçki Məcəlləsinə əsasən Yerli İcra Hakimiyyətlərinə həvalə olunmuş məsələlərin icra vəziyyəti müzakirə edildi

    2018-03-09

    09.03.2018-ci il tarixdə Sabunçu rayonunda RİH başçısı Adil Vəliyevin iştirakı ilə Seçki Məcəlləsinə əsasən Yerli İcra Hakimiyyətlərinə həvalə olunmuş məsələlərin icra vəziyyəti ilə bağlı iclas keçirildi.

  • Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipl...

    Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçası üçün inşa edilən yeni binanın açılışı olub

    2018-03-06

    Martın 6-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsində 9 saylı sanatoriya tipli körpələr evi-uşaq bağçası üçün inşa edilən yeni binanın açılışı olub.

  • Sabunçu rayonunda “Od Çərşənbəsi” qeyd e...

    Sabunçu rayonunda “Od Çərşənbəsi” qeyd edildi

    2018-03-06

    Bakı Şəhər İcra Hakimiyyətinin 78 saylı,19 fevral 2018-ci il tarixli “Bakı şəhərində “İlaxır çərşənbə” günü-Novruz bayramı münasibəti ilə tədbirlərin keçirilməsi haqqında” sərəncamına əsasən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatında müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq 06 mart 2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Zabrat qəsəbəsində yerləşən 81 nömrəli tam orta məktəbin həyətində rayonun Zabrat, Kürdəxanı və Pirşağı qəsəbələrinin sakinləri üçün Novruz şənliyi keçirildi.

  • Sabunçu rayon məktəbliləri arasında intellekt...

    Sabunçu rayon məktəbliləri arasında intellektual yarışma keçirilmişdir

    2018-03-06

    06 mart 2018-ci il tarixdə Sabunçu rayon 252 saylı tam orta məktəbdə Sabunçu rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Qələbəyə doğru” kuboku uğrunda Brain-ring intellektual oyunu keçirilmişdir.

  • Maştağa qəsəbəsində sakinlərlə səyyar gö...

    Maştağa qəsəbəsində sakinlərlə səyyar görüş keçirildi

    2018-03-05

    Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 05.03.2018-ci il tarixdə Maştağa Mədəniyyət Mərkəzində qəsəbə sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, YAP Sabunçu rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri,bütün xidmət sahələrinin rəisləri, RİH başçısının qəsəbə üzrə nümayəndəsi və qəsəbə bələdiyyəsinin sədri iştirak edirdilər.

  • Novruz bayramı ilə əlaqədar Bakıxanov qəsəb...

    Novruz bayramı ilə əlaqədar Bakıxanov qəsəbəsində kənd təsərrüfatı yarmarkası fəaliyyətə başlamışdır

    2018-03-03

    Sabunçu rayonu Bakıxanov qəsəbəsi Fətəliyev küçəsi 72 saylı binanın qarşısındakı ərazidə Novruz bayramı ilə əlaqədar kənd təsərrüfatı mallarının satış yarmarkası fəaliyyətə başlasmışdır. Yarmarkada sakinlərə daha keyfiyyətli və daha ucuz kənd təsərrüfatı və emal müəssisələri məhsullarının satışı nəzərdə tutulur.

  • Sabunçu rayonunda “5 mart - Bədən Tərbiyəsi...

    Sabunçu rayonunda “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə cüdo üzrə açıq birincilik keçirilmişdir

    2018-03-02

    02.03.2018-ci il tarixdə Balaxanı İdman Sağlamlıq Mərkəzində Sabunçu rayon İcra Hakimiyyəti və Sabunçu rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “5 mart - Bədən Tərbiyəsi və İdman Günü” münasibətilə cüdo üzrə Sabunçu rayon açıq birinciliyi keçirilmişdir.

  • Balaxanı qəsəbəsində sakinlərlə səyyar gö...

    Balaxanı qəsəbəsində sakinlərlə səyyar görüş keçirildi

    2018-03-01

    Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 01.03.2018-ci il tarixdə Balaxanı qəsəbəsində yerləşən M.Ə.Sabir adına 259 saylı tam orta məktəbdə qəsəbə sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, YAP Sabunçu rayon təşkilatının sədri, bütün xidmət sahələrinin rəisləri, RİH başçısının qəsəbə üzrə nümayəndəsi və qəsəbə bələdiyyəsinin sədri iştirak edirdilər.

  • Sabunçu rayonunda “Ağ ölüm bəşəriyyətin ...

    Sabunçu rayonunda “Ağ ölüm bəşəriyyətin faciəsidir” mövzusunda tədbir keçirilmişdir

    2018-02-28

    28 fevral 2018-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və Sabunçu Rayon Polis İdarəsinin birgə təşkilatçılığı ilə Ramana qəsəbəsi 78 nömrəli tam orta məktəbin akt zalında “Ağ ölüm bəşəriyyətin faciəsidir” mövzusunda növbəti maarifləndirici tədbir keçirilmişdir.

  • Sabunçu rayonunda ilk dəfə səs verəcək gənc...

    Sabunçu rayonunda ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi

    2018-02-28

    28 fevral 2018-ci il tarixdə Sabunçu rayon Gənclər Evində“Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət proqramının tədbirlər planının 5.7.3 yarımbəndinin (Gənclər arasında seçki prosesinin və seçkilərdə iştirakın təbliği, ilk dəfə səs verən gənc seçicilər arasında marifləndirmə işinin təşkili) icrasını təmin etmək məqsədilə gənclər, xüsusilə ilk dəfə səs verənlər arasında marifləndirmə işinin aparılması, həmçinin gənclərin seçkilərdə fəallığının təmin edilməsi üçün Prezident Adminstrasiyası, Sabunçu rayon İcra Hakimiyyətinin dəstəyi və rayon Gənclər və İdman İdarəsinin təşkliatçılığı ilə 2018-ci il 11 aprel prezident seçkiləri ilə bağlı ilk dəfə səs verəcək Sabunçu rayon gəncləri ilə görüş keçirilmişdir. Tədbirdə Sabunçu rayon İcra Hakimiyyətinin başçısı Adil Vəilyev, Prezident Adminstrasiyasının Gənclər siyasəti və İdman məsələləri şöbəsinin məsləhətçisi Kənan Firdovsioğlu, Sabunçu rayon İcra Hakimiyyətinin başçısının müavini Rəna Fərəcova, Bakı Şəhər Gənclər və İdman İdarəsinin rəisi Raqif Abbasov, Sabunçu rayon Ağsaqqallar şurasının sədri Nadir Əsədov, 26 saylı seçki dairəsinin sədri Hacı Əliyev və Sabunçu rayonunun ilk səs verən gənclərindən 140 nəfər iştirak etmişdir.

  • Azərbaycan Respublikasının Prezidenti cənab İ...

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyəsinə uyğun olaraq əhalinin tibbi müayinədən keçirilməsi Sabunçu rayonunda uğurla davam etdirilir

    2018-02-28

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 2018-ci ilin fevral ayının 12-dən etibarən Sabunçu rayonunda əhalinin növbəti tibbi müayinədən keçirilməsi davam etdirilir.

  • Kürdəxanı qəsəbəsində sakinlərlə səyyar ...

    Kürdəxanı qəsəbəsində sakinlərlə səyyar görüş keçirildi

    2018-02-27

    Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 27.02.2018-ci il tarixdə Kürdəxanı bələdiyyəsinin inzibati binasında qəsəbə sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, YAP Sabunçu rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, bütün xidmət sahələrinin rəisləri, RİH başçısının qəsəbə üzrə nümayəndəsi və qəsəbə bələdiyyəsinin sədri iştirak edirdilər.

  • “Qəyyumluqda olan hər uşağa diqqət və qay...

    “Qəyyumluqda olan hər uşağa diqqət və qayğı!” layihəsi çərçivəsində növbəti görüş Ramana qəsəbəsində yaşayan qəyyum uşaqlarla keçirilmişdir

    2018-02-27

    Sabunçu Rayon İcra Hakimiyyəti başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyası, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, “Qızıl Aypara” Cəmiyyətinin Sabunçu rayon təşkilatı və yerli özünüidarəetmə orqanları olan bələdiyyələrin birgə təşkilatçılığı ilə Sabunçu rayonu ərazisində yaşayan valideyn himayəsindən məhrum olmuş və qəyyumluğa verilmiş uşaqların yaşayış şəraitlərinin yoxlanılması, mənzil-məişət vəziyyətlərinə baxış keçirilməsi və cari ehtiyaclarının ödənilməsi məqsədi ilə həyata keçirilən “Qəyyumluqda olan hər uşağa diqqət və qayğı!” adlı layihə çərçivəsində növbəti görüş 27.02.2018-ci il tarixində Ramana qəsəbəsində təşkil olundu.

  • Sabunçu rayonunda Xocalı soyqırımında həlak ...

    Sabunçu rayonunda Xocalı soyqırımında həlak olmuş 63 uşağın xatirəsini əbədiləşdirmək üçün 63 ağac əkilib

    2018-02-26

    Fevralın 26-da “Xocalıya ədalət!” beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində IDEA İctimai Birliyi, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə ağacəkmə aksiyası keçirilib.

  • Sabunçu rayon ictimaiyyəti tərəfindən “Ana ...

    Sabunçu rayon ictimaiyyəti tərəfindən “Ana harayı” abidəsi ziyarət olundu

    2018-02-26

    Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar olaraq, 26 fevral 2016-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavinləri, Rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri, qəsəbə icra nümayəndələri, bələdiyyə sədr və üzvləri, rayon ictimaiyyəti nümayəndələri və rayonun fəal gəncləri olmaqla ümumilikdə 1800 nəfərin iştirakı ilə Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsi ziyarət olunmuş və abidənin önünə tər güllər düzülmüşdür.

  • Sabunçu rayonunda Xocalı soyqırımında vəfat ...

    Sabunçu rayonunda Xocalı soyqırımında vəfat edənlərin əziz xatirəsinə ehsan süfrəsi açıldı

    2018-02-24

    Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar 24 fevral 2018-ci il tarixdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev RİH başçısının müavinləri və RİH başçısı aparatının məsul işçilərinin iştirakı ilə rayonun Pirşağı qəsəbəsində yerləşən “Qızıl Qum” sanatoriyasında müvəqqəti məskunlaşmış xocalılar və şəhid ailələri ilə görüş keçirmiş,məişət-sosial vəziyyətləri ilə maraqlanmış, onları narahat edən bir sıra problemləri həll edərək digər məsələlərin həlli ilə bağlı aidiyyəti qurumlar qarşısında məsələ qaldırmışdır.

  • Xocalı soyqırımı  “Cümə” məscidində an...

    Xocalı soyqırımı “Cümə” məscidində anıldı

    2018-02-23

    Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar 23 fevral 2018-ci il tarixdə Sabunçu qəsəbəsində yerləşən “Cümə” məscidində rayonda fəaliyyət göstərən Dini İcmalar və din xadimlərinin iştirakı ilə tədbir keçirilmişdir.

  • Sabunçu rayonunda Xocalı faciəsinin iyirmi alt...

    Sabunçu rayonunda Xocalı faciəsinin iyirmi altıncı il dönümünə həsr olunmuş “Hərə bir qəhrəman oldu” adlı tədbir keçirildi

    2018-02-23

    23.02.2018-ci il tarixdə Pirşağı qəsəbəsində yerləşən 112 nömrəli tam orta məktəbdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin iyirmi altıncı il dönümünə həsr olunmuş “Hərə bir qəhrəman oldu” adlı tədbir keçirildi.

  • Sabunçu rayonunda əhalinin tibbi müayinədən k...

    Sabunçu rayonunda əhalinin tibbi müayinədən keçirilməsi uğurla davam etdirilir

    2018-02-22

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən, 2018-ci ilin fevral ayının 12-dən etibarən Sabunçu rayonunda əhalinin növbəti tibbi müayinədən keçirilməsi davam etdirilir.

  • Zabrat qəsəbəsində sakinlərlə səyyar görü...

    Zabrat qəsəbəsində sakinlərlə səyyar görüş keçirildi

    2018-02-22

    Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 22.02.2018-ci il tarixdə Zabrat qəsəbəsində yerləşən Neftqazmaş ASC-də qəsəbə sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, YAP Sabunçu rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, bütün xidmət sahələrinin rəisləri, RİH başçısının qəsəbə üzrə nümayəndəsi və qəsəbə bələdiyyəsinin sədri iştirak edirdilər.

  • Sabunçu rayon məktəbliləri Memorial muzeylə t...

    Sabunçu rayon məktəbliləri Memorial muzeylə tanış oldular

    2018-02-21

    Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və Sabunçu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar 21 fevral 2018-ci il tarixində Sabunçu rayonunda yerləşən 10 nömrəli sanatoriya tipli internat məktəbinin yuxarı sinif şagirdləri Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial muzeyi ilə tanış oldular.

  • Pirşağı qəsəbəsində sakinlərlə səyyar g...

    Pirşağı qəsəbəsində sakinlərlə səyyar görüş keçirildi

    2018-02-20

    Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyevin 20.02.2018-ci il tarixdə Pirşağı qəsəbəsində yerləşən 112 saylı tam orta məktəbdə qəsəbə sakinləri ilə səyyar görüşü keçirilmişdir. Görüşdə RİH başçısının müavinləri, RİH başçısı aparatının şöbə müdirləri, YAP Sabunçu rayon təşkilatının sədri, hüquq mühafizə orqanlarının rəhbərləri, bütün xidmət sahələrinin rəisləri, RİH başçısının qəsəbə üzrə nümayəndəsi və qəsəbə bələdiyyəsinin sədriiştirak edirdilər.

əvvəlki [2] növbəti