Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 1941-1945-ci illər müharibəsində qələbənin 71 illiyi qeyd olundu

07 may 2016 | 20:00

08.05.2016-cı ildə Sabunçu Rayon İcra Hakimiyyətində  faşizm üzərində Qələbənin 71 illiyi ilə əlaqədar  müharibə veteranları ilə görüş keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Əsədov, Müharibə, Əmək və Silahlı Qüvvələr Şurasının Sabunçu rayon Təşkilatının sədri Elxan Mirzəyev, rayonda fəaliyyət göstərən ictimai birliklərin sədrləri və 60 nəfər müharibə veteranları iştirak etdilər.
İlk öncə tədbir iştirakçıları Sabunçu qəsəbəsində yerləşən “Qardaşlıq məzarlığını” ziyarət edərək 1941-1945-ci illər müharibəsində həlak olmuş soydaşlarımızın xatirəsini ehtiramla yad etdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov tədbir iştirakçılarını salamlayaraq II Böyük Vətən Müharibəsində Azərbaycan xalqının qələbə əldə etməsinə görə azərbaycanlıların misilsiz xidmətlərindən söz açmış, Ulu Öndər Heydər Əliyevin və onun layiqli davamçısı cənab Prezident İlham Əliyevin Böyük Vətən Müharibəsi iştiraklarına, Qarabağ müharibəsi şəhidlərinin ailələrininə, Veteranlara, əlillərə göstərilən xüsusi diqqət və qayğısını qeyd etdi.
Çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Şurasının Sabunçu rayon Təşkilatının sədri Elxan Mirzəyev İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin əldə edilməsində Azərbaycan xalqının böyük töhfəsi və rolunun olduğunu, respublikamızı təmsil edən 176 mindən çox döyüşçünün orden və medallarla təltif edildiyini, 130 nəfərin isə “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görüldüyünü vurğuladı.
Sonra arxa cəbhə veteranı Sabir Allahverdiyev, əmək veteranı Əliş Məmmədov və cəmiyyətin üzvləri cənab Prezident İlham Əliyevə onlara göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildirdilər.
Tədbirin sonunda Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən veteranlar başda olmaqla bütün tədbir iştirakçılarına hədiyyələr təqdim edildi.

Keçidlər