Şriftin ölçüsü :

Saytın rəngi :

YAP Sabunçu Rayon Təşkilatında ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş tədbir keçirildi

07 may 2016 | 20:00

08.05.2016-cı il tarixində Sabunçu Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının birgə təşkilatçılığı ilə Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirildi.
Tədbirdə Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva, Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının I müavini Güloğlan Məmmədov, müavin Arzu Məmmədova, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, aparatin məsul işçiləri və rayonun fəal gəncləri iştirak etdilər.
Tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin YAP Sabunçu rayon Təşkilatının inzibati binasındakı abidəsi önünə gül dəstələri qoyaraq dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
İlk öncə Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş film nümayiş olundu. Tədbiri YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva açaraq Ulu Öndərin Azərəbaycana rəhbərlik etdiyi dövrlərdə ölkənin inkişafından, müstəqillik dövründə isə inkişaf etmiş ölkələr səviyyəsinə çatmasında bir sıra layihələrin uğurla həyata keçirilməsindən danışdı.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının I müavini Güloğlan Məmmədov çıxış edərək bildirdi ki,  Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın böyük bir inkişaf dövrü keçdiyini bildirdi. G.Məmmədov qeyd etdi ki, müstəqil bir dövlət kimi inkişafda olan Azərbaycanın əsası Ulu Öndər tərəfindən qoyulmuş və ölkəmiz üçün başlamış olduğu parlaq siyasəti uğurla davam etdirən Cənab İlham Əliyevin uğurlu xidmətləri sayəsində iqtisadi və siyasi baxımdan Azərbaycanı regionun ən qüdrətli ölkəsinə çevrilib.
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədr müavini Samirə Quliyeva çıxış edərək bildirdiki, Ümummilli lider Heydər Əliyev müəyyənləşdirdiyi azərbaycançılıq məfkurəsini, milli siyasət strategiyasını dəstəkləmiş və hər an dövlətin gənclər arasında əsas dayağı olmağa çalışmışdır.
Çıxış edən Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Məhəmməd Əsədov, YAP Sabunçu rayon Gənclər Birliyinin üzvləri Nəbi Hacıyev, Orxan Daşdəmirli və Fidan Nasiri  Ulu Öndər Heydər Əliyevinin gənclərin ictimai-siyasi həyatda fəal iştirak etməsini, onların sosial ehtiyaclarını, yüksək səviyyədə təhsil almalarını, asudə vaxtlarını səmərəli keçirmələrini, hüquqlarının müdafiəsini, ümumiyyətlə, gənclərin hərtərəfli inkişafını təmin etməsi istiqamətdə gördüyü işləri diqqətə çatdırdılar.
Sonda YAP Sabunçu rayon Təşkilatı adından rayonun ictimai və siyasi həyatında aktiv iştirak etmiş fəal gənclərə Fəxri Fərmanlar təqdim edildi.

Keçidlər