Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda tibb işçilərinin peşə bayramı qeyd edildi

16 iyun 2016 | 20:00

16 iyun 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında “17 iyun-Azərbaycan Respublikası Tibb işçilərinin peşə bayramı” münasibətilə rayonun səhiyyə sahəsində çalışan tibb işçiləri ilə görüş keçirildi. Görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavin Arzu Məmmədova, Rayon İcra Hakimiyyəti Aparatının məsul işçiləri, rayon ərazisində fəaliyyət göstərən səhiyyə müsəssisələrinin baş həkimləri və tibb işçiləri iştirak etdi.
Görüşdə Sabunçu Rayon İcra Hakimiyyətini başçısı Adil Vəliyev çıxış edərək ilk öncə  tibb işçilərinin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına göstərdiyi hərtərəfli diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlığını bildirməklə, rayonun bütün səhiyyə işçilərini peşə bayramı münasibətilə təbrik edi. A.Vəliyev Səhiyyə işçilərinin bayramı Azərbaycan Demokratik Respublikasında Səhiyyə Nazirliyinin yarandığı günə təsadüf etdiyinə görə Ulu Öndər Heydər Əliyev 2001-ci ildə imzaladığı sərəncamla bu gün peşə bayramı kimi qeyd olunduğunu bildirdi. Ulu Öndərin layiqli davamçısı Prezident  cənab İlham Əliyevin bütün sahələrə olduğu kimi, səhiyyə sahəsinin də inkişafına göstərilən diqqət və qayğıdan ətraflı bəhs edərək ölkəmizdə yeni-yeni tikilib istifadəyə verilən xəstəxana, poliklinika, diaqnostika mərkəzləri məhz uğurla həyata keçirilən səhiyyə infrastrukturun yeniləşdirilməsinə, tibbi xidmətin səviyyəsinin yüksəldilməsinə və səhiyyənin inkişafına xidmət etdiyini diqqətə çatdırdı.
2 saylı Doğum Evinin baş həkimi Mehriban Abasquliyeva, Kürdəxanı Sağlamlıq Mərkəzinin baş həkimi Esmiralda Abdullayeva, 1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimi Ağahəsən Rəsulov və başqaları çıxış edərək ölkə rəhbərliyi tərəfindən səhiyyə işçilərinə göstərilən diqqət və qayğını yüksək dəyərləndirdiklərini, respublikada aparılan möhtəşəm abadlıq-quruculuq işləri  ilə bərabər əhalinin sağlamlığının da prioritet məsələ olaraq diqqət mərkəzində saxlanıldığını qeyd etdilər və bu sahədə öhdələrinə düşən hər bir işi məsuliyyətlə yerinə yetirəcəklərini bildirdilər.
Sonda rayonun səhiyyə sahəsində səmərəli fəaliyyətinə görə fərqlənən bir qrup tibb işçiləri Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri Fərman və müxtəlif hədiyyələrlə təltif olundular.

Keçidlər