Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2016-cı ilin üçüncü rübünün yekunları və qarşıda duran vəzifələr müzakirə olundu

16 oktyabr 2016 | 20:00

17 oktyabr 2016-cı il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Şuranın 2016-cı ilin üçüncü rübünün yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, Aparatın məsul işçiləri, idarə-müəssisə və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev iclası giriş sözü ilə açaraq bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının sədrliyi ilə oktyabrın 7-də Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayında sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Dövlət başçımız iclası giriş nitqi ilə açaraq 2016-cı ildə dünya iqtisadiyyatında yaşanan ağır böhranla yanaşı, həm də siyasi və hərbi böhranın da dərinləşdiyini, dünyanın müxtəlifbölgələrində qanlı toqquşmaların, müharibələrin alovlandığını, risklər və təhdidlərin artdığını qeyd etmiş və bildirmişdir ki, artıq həm yaşadığımız bölgə, həm də dünya dəyişib. Biz dəöz siyasətimizi buna uyğun şəkildə aparmalıyıq. Cənab Prezident sentyabrın 26-da keçirilmiş, ölkəmiz üçün çox böyük əhəmiyyət daşıyan referendumun nəticələrini yüksək qiymətləndirmiş, həmişə olduğu kimi  Prezidentlə Xalq arasında dəyişməz, monolit birliyi bir daha dünyaya nümayiş etdirdiyinə, referenduma “hə” dediyinə görə Xalqımıza öz minnətdarlığını bildirmişdir. 2016-cı ilin əvvəlindən ölkəmizdə böyük sosial layihələr icra edilib: 29 məktəb tikilib, 485 məktəbdə təmir işləri aparılıb, 33 səhiyyə obyekti inşa olunub, təmir edilib. Böyük magistral yollar salınmış, kənd yolları, içməli su layihələri icra edilmişdir.İlin əvvəlindən 121 min daimi iş yeri olmaqla 154 min iş yeri yaradılıb. Doqquz ayda bağlanan iş yerlərinin sayı isə 36 min olmuşdur.
Cənab Prezident müşavirədə digər istiqamətlərdə də bütün işlərin plan üzrə getdiyini bildirmiş və son üç ay ərzində görüləcək işlər nəticəsində 2016-cı ilin uğurla başa vurulacağına əminliyini ifadə etmişdir.
Hesabat dövründə Sabunçu rayonunun da sosial-iqtisadi sahələrində dinamik inkişaf davam etmiş, əsas göstəricilər üzrə müsbət nəticələr əldə edilmişdir.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Avtandil Hüseyn-zadə rayonunun 2016-cı ilin üçüncü rübündə sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr haqqında məruzə ilə çıxış etdi. Qeyd olundu ki, rayonun sənaye müəssisələri və idarələri tərəfindən faktiki qiymətlərlə 240,6 mln manatlıq sənaye məhsuluistehsal edilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 faiz çoxdur.Əsas kapitala yönəldilmiş investisiyaların həcmi 77,8 mln manat təşkil etmişdir ki, bunun da 70,8 mln manatı tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunmuşdur. Rayonun ticarət şəbəkələrindən əhaliyə satılmış malların həcmi 2015-ci ilin eyni dövrü ilə müqayisədə 7,8 faiz artaraq 564,4 mln manat, pullu xidmətlərin həcmi isə 18,3 faiz artaraq 277,8 mln manat olmuşdur.Sosial sahələrdəçalışanların orta aylıqəmək haqqıötən ilin doqquz ayı ilə müqayisədə 2,9 faiz artaraq 449,1 manat, sənayedəçalışanların əmək haqqı isə 2,2 faiz artaraq 562,0 manat təşkil etmişdir.
Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən cari ilin doqquz ayıərzində 2446 ailənin hər birinə orta hesabla 168,2  manat məbləğindəünvanlı dövlət sosial yardımı təyin olunaraq ödənilmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişafı, əhalinin məşğulluq səviyyəsinin artırılmasına dair tapşırıq və tövsiyyələrinin icrası nəticəsində cari ilin əvvəlindən rayonda 2414 yeni iş yerləri yaradılmışdır. Bu müddət ərzində iş axtarmaq məqsədilə Məşğulluq Mərkəzinə 6764 nəfər müraciət etmiş, onlardan 1251 nəfəri işlə təmin olunmuşdur.
Bildiyiniz kimi, Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə “2014-2016-cı illərdə Bakışəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” təsdiq edilmiş və həmin vaxtdan Sabunçu rayonunda Proqramın icrasına başlanmışdır. Dövlət proqramıçərçivəsində Sabunçu rayonu ərazisində 16 sahəni əhatə edən 74 bənddən ibarət çox mühüm sosial və iqtisadi yönümlü obyektlərin tikintisi, yolların salınması, əhalinin elektrik enerjisi, su, qaz və istilik təchizatının yaxşılaşdırılması, kanalizasiya şəbəkələrinin yaradılması istiqamətində konkret tədbirlərin görülməsi nəzərdə tutulmuşdur və artıq bu işlərin xeyli hissəsi başa çatmışdır.
2016-cı ilin doqquz ayıərzində rayonun sosial-iqtisadi inkişaf Planına uyğun olaraq Respublikanın mərkəzi dövlət orqanlarının, eləcə də rayonun daxili imkanları hesabına da rayon ərazisində sosial əhəmiyyətli obyektlərin tikintisi və abadlıq işlərinin aparılması davam etdirilmişdir.
Belə ki, cari ilin sentyabr ayının 15-də cənab Prezidentin iştirakı ilə Sabunçu qəsəbəsində inşa edilmiş311 saylı tam orta məktəbin 970 şagird yerli, 3 mərtəbəli yeni binasının açılış mərasimi olmuşdur. Bundan başqa yeni dərs ili qabağı 67, 68, 75,78,170,188, 305 saylı tam orta məktəblərdəəlavə korpusların, sinif otaqlarının və digər obyektlərin tikintisi başa çatdırılaraq istifadəyə verilmişdir. Cari ilin əvvəllərində Fövqəladə Hallar Nazirliyinin sifarişi ilə Nardaran və Pirşağı qəsəbələrində 3 çıxışlı yanğından mühafizə bölmələrinin inzibati binaları və Pirşağı qəsəbəsində 226 saylı körpələr evi-uşaq bağçasının tikintisi də başa çatdırılaraq istifadəyə verilmişdir. Əmək vəƏhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə Zabrat qəsəbəsində Yetkinlik yaşına çatmayanlar üçün 3 mərtəbəli, 50 yerlik ixtisaslaşdırılmış Reabilitasiya Mərkəzi və 50 yerlik Sosial sığınacaq, eləcə də gözdən əlillər üçün 4 mərtəbəli Tədris Bərpa Mərkəzi, Zabrat qəsəbəsində 3 çıxışlı yanğından mühafizə bölməsi, Sabunçu qəsəbəsi, Şəhər şossesi, 5-ci döngədə yerləşən 8 saylı qəzalı binanın yerində inşa edilmiş 3 mərtəbəli yaşayış binasında tikinti işləri başa çatdırılmışdır.
Bakıxanov qəsəbəsi, Y.Əliyev küçəsində rayon İcra Hakimiyyətinin daxili imkanları hesabına sahəsi 1,7 ha olan istirahət parkının, Nardaran qəsəbəsində Muğam Mərkəzi-Mədəniyyət evi, Maştağa qəsəbəsində H.Abbasov adına Mədəniyyət evinin, Maştağa qəsəbəsində 9 saylı körpələr evi-uşaq bağçasının sökülərək yenidən tikilməsi, Bakıxanov qəsəbəsində 105 saylı körpələr evi-uşaq bağçasının və Bilgəh qəsəbəsində 11 saylı internat məktəbinin əsaslı təmiri davam etdirilir.
Bundan əlavə2016-cı ilin doqquz ayıərzindərayonunun Bakıxanov, Sabunçu, Zabrat və digər qəsəbələrində bir sıra ticarət, ictimai iaşə, xidmət və s. obyektlər dəinşa edilərək istifadəyə verilmişdir ki, bunların sayəsindəxeyli yeni iş yerləri açılmaqla əhaliyə yüksək səviyyədə ticarət, iaşə və digər xidmətlər göstərilməkdədir.
2015-ci ilin sonlarından Nardaran qəsəbəsindəsakinləri narahat edən sosial məsələlərin həllinə, geniş abadlıq işlərinin, küçə və yolların yenidən qurulmasına başlanılmışdır. Qısa müddət ərzindəorada Sabunçu Rayon Polis İdarəsinin 42 saylı Polis Bölməsi, Sabunçu Dövlət Təhlükəsizlik Xidmətinin Nardaran bölməsi,“Azərişıq” ASC-nin Maştağa Enerji Təchizatı və Satışıİdarəsinin Nardaran sahəsi, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Hissəsi vəRİHB-nın Nardaran qəsəbəsi üzrə nümayəndəliyi üçün yeni inzibati binalar tikilərək istifadəyə verilmişdir.
“Azəravtoyol”ASC tərəfindən qəsəbənin əsas küçələrindən olan Abşeron və M.F.Axundzadə (N.Əsgərov) küçələrinin genişləndirilməsi və yenidən quruluması iləəlaqədar ümumilikdə 138 həyətyanı sahədə daş hasarlar və 16 qeyri-yaşayış sahəsi sökülərək müasir tələblərə uyğun yenidən tikilmiş, həmin yollar 16-18 metrə qədər genişləndirilərək asfaltla örtülmüşdür.
Bununla əlaqədar Maştağa, Nardaran və Bilgəh qəsəbələrinin mərkəzi və daxili küçə və yollarında İcra Hakimiyyəti tərəfindən hasar və binaların fasadlarında təmir bərpa işləri aparılaraq 7400  kv.m. suvaq vurulmuş, 5500 kv.m. sahə isə rənglənmişdir.
Bildiyiniz kimi, Möhtərəm Prezident cənab İlham Əliyev iyun ayının 21-də Nardaran qəsəbəsində olmuş, qəsəbədə aparılan abadlıq, quruculuq işləri, eləcədəəsaslı təmirdən çıxmış və yenidən qurulmuş Rəhimə xanım Məscid-ziyarət kompleksi, yeni salınmış yol infrastrukturu ilə tanış olmuş, daha sonra yerli sakinlərlə görüşüb onların istək və arzularını dinləmişdir. Bizəöz tövsiyyə və tapşırığını vermişdir. Cənab Prezidentin göstərişinəəsasən Rayon İcra Hakimiyyəti tərəfindən Nardaran qəsəbəsində yeni 2 mərtəbəli mədrəsənin tikintisinə başlanılmışdır və hazırda davam etdirilir.
BakıŞəhər İcra Hakimiyyəti Başçısının müvafiq sərəncamına əsasən Nardaranda 22 adsız küçəyə yeni adlar verilmiş, bununla bağlı hazırda sakinlərin sənədlərindəuyğun dəyişikliklər edilməsinə başlanılmışdır.
Rayonda aparılan abadlıq işləri hesabat dövründə də davam etdirilmişdir. Belə ki, Bakıxanov qəsəbəsi,  M.Fətəliyev küçəsi 72, S.Qocayev küçəsi 126, Ş.Kamilov küçəsi 15/74, E.Xəlilov küçəsi 2 saylı binaların məhəllədaxili ərazilərində qeyri-qanuni tikililər, qarajlar, çəpərlər sökülərək ərazidən çıxarılmış, burada 25 ədəd müasir tipli yüngül konstruksiyalı işıq dirəkləri quraşdırılmış, 630 metr uzunluğunda səki daşları yenilənmiş, 5000 kv.m-ə yaxın əraziyə asfalt örtüyü vurularaq 3 yeni nümunəvi həyət yaradılaraq sakinlərin istifadəsinə verilmişdir.
Hal-hazırda Sülh küçəsi 14/1, 14/2, R.Axundov küçəsi 15, 17, 19 saylıünvanlarda abadlıq işləri aparılaraq burada qanunsuz inşa edilmişprimitiv tikililər, qarajlar, çəpərlər sökülərək ərazidən çıxarılmış və 4 yeni nümunəvi həyətin salınmasına başlanılmışdır.
Bildiyiniz kimi, “Bakışəhəri Sabunçu rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 8 oktyabr 2015-ci il tarixli 322 saylı Qərarına əsasən rayon ərazisində qəzalı vəziyyətdə olan binaların sökülərək yerində müasir tələblərə uyğun yenilərinin tikintisi və həmin binalarda yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması iləəlaqədar Sabunçu Rayon İcra Hakimiyyətinə 5 il müddətinəəlavə vəzifələr həvalə edilmişdir və artıq bu qərarın icrasına başlanmışdır. Belə ki, artıq Ramana qəsəbəsi, D.Bünyadzadə küçəsi 23 saylıünvanda 10 mərtəbəli, 80 mənzilli binanın tikintisi başa çatdırılmışdır və yaxın vaxtlarda istifadəyə veriləcək. Bakıxanov qəsəbəsi, Ə.Ağayev küçəsi 39 və 39a ünvanlarında 2 ədəd, 10 mərtəbəli, S.Mehmandarov küçəsi 17, 19 və Mədəniyyət 28 ünvanlarında 6yeni, 12 mərtəbəli yaşayış binalarının tikintisinə başlanılmışdır.
2016-cı ilin əvvəlindən daxili imkanalar hesabına rayonda çoxmənzilli binalarda təmir-bərpa işlərinin aparılmasıda davam etdirilmişdir. Belə ki, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 4, 13, S.Mehmandarov küçəsi 8, 4090/94-cü məhəllə ev 2/6 saylı binaların fasadlarında təmir işləri artıq başa çatdırılmış, Sülh küçəsi 2/7 və 2/20, S.Qocayev küçəsi 126 saylı binalarda isə hal-hazırda təmir-bərpa işlər davam etdirilir. Gələcəkdə qəsəbənin R.Axundov küçəsi 13, Sülh küçəsi, məhəllə 1/1, 1/2 saylı binalarda da təmir işlərinin aparılması nəzərdə tutulmuşdur. Bundan başqa Sülh küçəsi 14/1 saylı binanın qarşısındakı səkiyə 1500 kv.m-ə yaxın tamet vurulmuş, R.Qənbərov küçəsi 28 saylı binanın fasad hissəsi yağış sularına qarşı xüsusi maddə iləüzlənmiş, S.Mehmandarov küşəsi 21 saylı binanın yan divarına suvaq çəkilmiş, rənglənmiş, eyvanlar təmir edilib, yeni məhəccərlər quraşdırılmış, yeni səki tikilərək asfaltla örtülmüşdür.
Bakıxanov qəsəbəsi, S.Qocayev küçəsi 9-166 saylıünvanlarda (ATS-in yanı) yeni çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı həmin ərazidən keçən kommunikasiya xətlərinin yeri dəyişdirilmiş, yol genişləndirilərək asfalt örtüyü vurulmuş, işıq dirəkləri quraşdırılmışdır. Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində salınan istirahət parkına diametri 25 mm.olan borularla 350 m. uzunluğunda yeni su xətti çəkilmiş, 20 ədəd müasir tipli işıq dirəkləri quraşdırılıb, 480 m. uzunluğunda kabel çəkilmiş, 1085 m. uzunluğunda bardür qoyulmuş, 3400 kv.m. tamet döşənmişdir. Ramana qəsəbəsi, D.Bünyatzadə küçəsi 23 saylıünvanda tikintisi başa çatmış yaşayış binasının həyətində abadlıq işləri aparılır ki, burada da 500 m. uzunluqda kanalizasiya xətti, 100 m. uzunluqda su xətti çəkilmiş, 240 kv.m. tamet döşənmiş, 160 m. uzunluğunda bardür düzülmüşdür. Gələcəkdə burada uşaq əyləncə meydançasının, sakinlərin istirahəti üçün kölgəliklər və oturacaqlarında quraşdırılması nəzərdə tutulur.
Dövlət proqramı və digər mənbələr hesabına rayonun mərkəzi və məhəllədaxili yollarının təmir edilərək asfaltlanması davam etdirilmişdir.
Rayon İcra Hakimiyyəti Başçısının qəsəbələr üzrə nümayəndəlikləri və bələdiyyələr tərəfindən də qəsəbələrdə daxili imkanlar hesabına bir sıra küçəvə yollar abadlaşdırılaraq asfaltla örtülmüşdür.
Ümumilikdə rayonun daxili imkanları hesabına qəsəbədaxili küçə və yollara cari ilin əvvəlindən cəmi 65 min kv.m-ə yaxın asfalt örtüyü vurulmuşdur.
Beləliklə,doqquz ay ərzində bütün mənbələr hesabına rayonda küçə və yollara cəmi 250 min kv.m-ə yaxın yeni asfalt örtüyü vurulmuşdur.
Bunlarla yanaşı, mərkəzi yolların ətrafında və məhəllədaxili sahələrdə xeyli yaşıllaşdırma işləri də görülmüşdür. Belə ki, Bakıxanov qəsəbəsi, S.Mehmandarov və M.Fətəliyev küçələri boyu salınmış xiyabanın kənarlarına piyadaların təhlükəsizliyi məqsədi ilə 2950 m. uzunluğunda məhəccərlər quraşdırılaraq, 8820kv.m. yaşılot örtüyü vurulmuşdur.
Bakıxanov qəsəbəsi, R.Qəmbərov vəŞ.Kamilov küçələrinin kəsişdiyi yol ayrıcını birləşdirən yerdə nəqliyyat vasitələrinin hərəkət dairəsi inşa edilərək dairənin mərkəzi hissəsinə1000 kv.m. yaşılot örtüyü salınmışdır ki, bununla da rayon üzrə salınmışyaşıl örtüklərinümumi sahəsi 68050 kv.m.-əçatdırılmışdır.
Cari ilin əvvəlindən rayonun Balaxanı, Zabrat, Maştağa, Pirşağı və Bakıxanov qəsəbələri ərazisində 2000-ə yaxın həmişə yaşıl ağaclar əkilmişdir.
Ekoloji tədbirlər planına uyğun olaraq rayonun Zabrat, Sabunçu, Kürdəxanı, Pirşağı və digər qəsəbələrin ərazilərində olan süni göllərin qurudulması, BalaxanıƏməliyyat Şirkəti və “Azgerneft” MMC-nin balansında olan neftləçirklənmiş torpaqlarda rekultivizasiya işlərinin aparılmasıüzrə işlər davam etdirilmişdir.
Hesabat dövründə rayonun mərkəzi, qəsəbədaxili küçə və yollarının, məhəllədaxili ərazilərin işıqlandırılması sahəsində də xeyli işlər görülmüş 390-a yaxın müasir dirəklər quraşdırılmaqla 1500 m. uzunluğunda yeni kabel xətləri çəkilmişdir. Yerlərdə keçirilən görüşlərdə vəRİH-ə daxil olan müraciətlərdən də göründüyü kimi hələ bu sahədə görüləsi işlər çoxdur.
Cari ilin əvvəlindən əhalinin elektrik enerjisi, qaz, su təchizatının daha da yaxşılaşdırılması, rabitə və digər xidmət sahələrinin fəaliyyətinin təkmilləşdirilməsi üzrə xeyli işlər görülmüşdür və hazırda da davam etdirilir ki, bu barədə geniş məlumat verilməsinə ehtiyac duymuram. Bunları biz gündəlik həyatımızda əyani şəkildə görürük.
Əvvəldə də qeyd edildiyi kimi, sentyabrın 26-da Azərbaycan Respublikasının əsas Qanunu olan Konstitusiyaya əlavələr və dəyişikliklər edilməsi barədəÜmumxalq səsverməsi-referendum keçirildi. Respublikanın bütün şəhər və rayonlarında olduğu kimi, Sabunçu rayonunda da referendum hər üç dairə seçki komissiyası və 112 seçki məntəqəsində heç bir pozuntu qeydə alınmadan, mövcud qanunvericilik və seçki məcəlləsinin tələblərinə uyğun olaraq yüksək fəallıqla keçirildi.
Bununla bağlı hamınızı təbrik edir, referendumun keçirilməsindəəməyi olmuş hər bir şəxsə təşəkkürümüzü bildiririk.
Rayon İcra Hakimiyyəti 2016-cı ilin doqquz ayıərzindəöz fəaliyyətini Azərbaycan Respublikası Prezidentinin təsdiq etdiyi “Yerli İcra Hakimiyyəti haqqında”əsasnaməyə və digər mövcud qanunvericiliyin tələblərinə uyğun quraraq rayonda vətəndaşların hüquq və mənafelərinin müdafiəsini, onların rifahının yaxşılaşdırılması naminə iqtisadiyyatın və sosial sahələrin inkişafını təmin etməyəçalışmışdır.
Cari ilin doqquz ayı ərzində İcra Hakimiyyəti Aparatına 3874 ərizə və 1769 məktub daxil olmuş, İcra Hakimiyyəti başçısı tərəfindən İcra Hakimiyyətində 305 nəfər qəbul edilmiş, keçirilmiş səyyari görüşlərdə isə 2500 nəfərdən çox sakin iştirak etmiş və 175 məsələ qaldırılmışdır. Bütün hallarda vətəndaşların müraciət vəərizələrinə yerində baxılaraq müvafiq tədbirlər görülmüş, köməkliklər göstərilmiş, izahatlar verilmişdir.
Edilmiş müraciətlər əsasında doqquz ay ərzində vətəndaşlara İcra Hakimiyyəti, nümayəndəliklər və bələdiyyələr tərəfindən aztəminatlı ailələrə müxtəlif məqsədlər üçün 131 min manata yaxın maddi yardımlar göstərilmişdir.
Bundan başqa hüzn günləri, bayram və digər əlamətdar günlər münasibətilə rayonda hər il olduğu kimi silsilə tədbirlər keçirilmişdir.
Məruzə ətrafında Dövlət Təhlükəsizliyi Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyev, Rayon Mənzil Kommunal Təssərüfatı Birliyinin rəisi Oruc Əhmədov və Bakı Regional Qaz İstismar Deportamentinin Sabunçu Texniki İstismar sahəsinin rəisi İxtiyar Abıyev çıxış etdilər.
Sonra tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Nardaran qəsəbəsi üzrə nümayəndəsinin müavini Məmmədova Fatma Məmməd qızına Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən dövlət qulluğunda səmərəli fəaliyyətinə görə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı tədqim edildi.
Sonda Şura iclasının qərar layihəsi oxundu. İclasa yekun vuran Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev qarşıda duran vəzifələrdən danışaraq bəzi nöqsanların aradan qaldırılması ilə bağlı tapşırıqlarını verdi.

Keçidlər