Şriftin ölçüsü :

Saytın rəngi :

SABUNÇU şagirdləri “ÖLKƏMİZİ TANIYAQ” VI tur-aksiya çərçivəsində cənub bölgəsinə yola salındılar

16 noyabr 2016 | 20:00

Azərbaycan Respublikası Prezidentinin cənab İlham Əliyevin  tapşırığına əsasən  Sabunçu rayonu üzrə tam orta məktəblərin IX-XI sinif şagirdləri üçün təşkil olunan növbəti "Ölkəmizi tanıyaq" VI tur-aksiya noyabr ayının 17-də başlanmışdır. Bu tur-aksiya Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuşdur. Bununla əlaqədar Sabunçu  rayon İcra Hakimiyyəti Başçısının Sərəncamı ilə aidiyyəti qurumların nümayəndələrindən ibarət qərargah yaradılmış, rayonda yaşayan və təhsil alan 40 nəfər nümunəvi və əlaçı şagirddən, müəllim, həkim və rəhbər işçidən (cəmi 45 nəfər) ibarət qrup müəyyənləşdirilmiş, tur iştirakçıları üçün xüsusi forma hazırlanmışdır.
17 noyabr 2016-cı il tarixində Sabunçu İcra Hakimiyyətinin inzibati binasının qarşısından Sabunçu şagirdlərinin müəyyən olunmuş qrafik üzrə  Lənkəran-Masallı-Astara bölgələrinə təntənəli yolasalma mərasimi keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, başçının müavini Arzu Məmmədova, qərargah üzvləri, valideynlər, müəllimlər və şagirdlər iştirak edirdi. İlk öncə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq  dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər. Sonra isə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi. Şagirdlərə Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş video-çarx nümayiş etdirildi.
Yolasalma mərasimində çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tur-aksiyanın əhəmiyyətindən danışaraq, bu layihənin məktəblilərin dünyagörüşünün daha da zənginləşməsinə, gənclərin vətənpərvərlik və Azərbaycançılıq prinsipləri əsasında, tarixi-mədəni irsimizə hörmət ruhunda tərbiyə olunmasına böyük töhfə verdiyini, şagirdlərdə həm də xalqımızın malik olduğu çoxəsrlik tolerantlıq, multikultural dəyərlər barədə hərtərəfli təsəvvür formalaşdığını diqqətə çatdırıb. Məktəblilərin ölkəmizin tarixini dərindən öyrənməklə yanaşı, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə milli dövlət quruculuğu sahəsində əldə edilmiş uğurlarla, eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olmaq imkanı əldə edəcəklərini bildirmişdir.
Çıxış edən valideynlər, direktorlar və məktəblilər təhsilə göstərilən xüxusi diqqət və qayğıya görə ölkə başçısı cənab İlham Əliyevə dərin minnətarlıqlarını bildirmişlər.Sonra məktəblilər xatirə şəkilləri çəkdirmiş və Dövlət Yol Polisinin avtomaşınının müşayəti ilə onlar üçün ayrılmış xüsusi avtobusla yola salınmışlar.Qeyd edək ki, şagirdlər üçün təşkil olunmuş tur-aksiya noyabr ayının 20-dək davam edəcək.

Keçidlər