Şriftin ölçüsü :

Saytın rəngi :

"Ölkəmizi Tanıyaq" VI tur-aksiyası çərçivəsində Sabunçu məktəbliləri Lənkaran şəhərində

17 noyabr 2016 | 20:00

18.11.2016-cı il tarixində Sabunçu məktəblilərini Lənkaran şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında səmimiyyətlə qarşılayan Lənkaran Şəhər İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Rasilə Əliyeva bu qədim şəhər haqqında qısa məlumat verdi. Sonra Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri, tur aksiyanın qrup rəhbəri Məhəmməd Əsədov Sabunçu məktəbliləri adından Lənkaran rayon rəhbərliyinə simvolik hədiyyə təqdim etdi.
Sabunçu rayonunun "Ölkəmizi Tanıyaq" VI tur-aksiya iştirakçıları Lənkaran şəhəri Heydər Əliyev Mərkəzinin qarşısında Müstəqilliyimizin bərpasının 25-ci ildönümünə həsr olunan “Bayraq” fləşmobunu nümayiş etdirdilər.

Keçidlər