Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Ölkəmizi tanıyaq” layihəsi ilə əlaqədar rayon məktəblərində görüşlər keçirildi

25 noyabr 2016 | 20:00

23-26 noyabr 2016-cı il tarixlərində Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Bakıxanov qəsəbəsində yerləşən 80 nömrəli tam orta məktəbdə və Sabunçu qəsəbəsində yerləşən 67 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici VI tur-aksiya çərçivəsində Lənkaran-Masallı-Astara rayonlarında səfərdə olan Sabunçu məktəblilərinin səfər zamanı yadda qalan təəssüratlarını təhsil aldığı məktəbin şagirdləri ilə bölüşmək məqsədilə tədbir təşkil edildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri Məhəmməd Əsədov, 80 nömrəli tam orta məktəbin direktoru Əlislam Abbasquliyev, 67 nömrəli tam orta məktəbin direktoru İradə Bayramova VI tur-aksiyada iştirak edən müəllim heyyəti və məktəblilər iştirak etdilər.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti Aparatının İnformasiya təminatı və təhlil sektorunun müdiri, tur-aksiyanın qrup rəhbəri Məhəmməd Əsədov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaları gənc nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsi, onların tərbiyəli, savadlı və vətənpərvər böyüməsi istiqamətində görülən işlərə, şagirdlərin dünyagörüşünün yüksəlməsində göstərilən dövlət qayğısından, həmçinin gənc nəslin hərtərəfli inkişafı üçün təşkil olunmuş layihədir.
Tur-aksiyada iştirak edən məktəblilər öz çıxışlarında ölkəmizin tarixini, milli adət-ənənələrini, mədəniyyətini dərindən öyrənməklə yanaşı, həyata keçirilən dinamik sosial-iqtisadi inkişafla hər bir şəhər və rayonun nümunəsində tanış olduqlarını, mehriban, səmimi dostluq əldə etdiklərini vurğuladılar və bu layihənin həyata keçirilməsində və onlarda unudulmaz xatirələr yaratdığına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirdilər.

Keçidlər