Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Pirşağı qəsəbəsi 10 nömrəli sanatoriya tipli internat-məktəbinin yaranmasının 55 illiyi qeyd edildi

24 dekabr 2016 | 20:00

25 dekabr 2016-cı il tarixdə Sabunçu rayonu Pirşağı qəsəbəsində fəaliyyət göstərən 10 nömrəli sanatoriya tipli internat-məktəbinin yaranmasının 55 illiyi münasibətilə yubiley tədbiri keçirildi. Tədbirdə Təhsil Nazirliyinin və Sabunçu Rayon İcra Hakimiyyətinin məsul işçiləri, Qeyri Hökümət Təşkilatlarının nümayəndələri və məktəbin pedoqoji kollektivi  iştirak etdilər.
Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səkinə Həsənova çıxış edərək yubiley münasibətilə kollektivi təbrik etdi, gələcək fəaliyyətlərində uğurlar arzuladı və Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı adından məktəbin direktoru Münəvvər Əşrəfovaya Fəxri Fərman təqdim etdi.
Tədbir bayram süfrəsi arxasında musiqili-əyləcəli proqramla davam etdi.

Keçidlər