Şriftin ölçüsü :

Saytın rəngi :

Heydər Əliyev Fondu tərəfindən 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Sabunçu rayon sakinlərinə bayram sovqatları paylanıldı

23 dekabr 2016 | 20:00

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə bütün respublikada olduğu kimi Sabunçu rayonunda da 28 dekabr 2016-cı il tarixində Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin təşkilatçılığı ilə rayon üzrə 3145 ünvanlı sosial yardım alan ailələrə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Fond tərəfindən göndərilən bayram sovqatları paylanıldı.
Eyni zamanda Heydər Əliyev Fondunun həyata keçirdiyi xeyriyyə layihəsi çərçivəsində 24 dekabr 2016-cı il tarixdə Sabunçu rayonunda qeydiyyatda olan 350 aztəminatlı ailə üçün Bakıxanov qəsəbəsində yerləşən “Ülvi” şadlıq sarayında bayram süfrəsi təşkil olundu.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, Heydər Əliyev Fondunun Humanitar Proqramlar Departamentinin əməkdaşları və 350 nəfər rayon sakini iştirak etdi.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbir iştirakçılarını salamlayaraq, onları Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik etdi. Qeyd olundu ki, Heydər Əliyev Fondu tərəfindən keçirilən növbəti xeyriyyə aksiyası bir daha onu göstərir ki, Fond valideyn himayəsindən məhrum olan uşaqların, qocalar evində məskunlaşan ahılların, Böyük Vətən Müharibəsi veteranlarının, qaçqın və məcburi köçkünlərin, şəhid ailələrinin, xüsusi qayğıya ehtiyacı olan şəxslərin təhsil, səhiyyə və digər sosial problemlərinin həllini hər zaman diqqət mərkəzində saxlayır. A.Vəliyev, Fondun təşəbbüsü ilə rayonda bir sıra sosial obyektlərin tikildiyini və ya əsaslı təmir olunduğunu diqqətə çatdırdı.
Çıxış edən şəhid anası Şahzadə Aşumova bildirdi ki, dövlətimiz şəhid ailələrinə çox gözəl qayğı göstərir. Qürur hissi ilə söyləyirik ki, bizim belə bir Prezidentimiz var. Biz dövlətimizin qayğısını həmişə hiss etmişik. Hərbçilərə, onların ailə üzvlərinə və şəhid ailələrinə  göstərilən diqqət və qayğıya görə çox minnətdarıq. 
Qarabağ müharibəsi veteranı Elxan Mirzəyev Heydər Əliyev Fondunun xüsusilə kimsəsiz uşaqlara və qocalara hər zaman qayğı göstərdiyini, eləcə də təhsil və səhiyyə ocaqlarının tikintisini həyata keçirdiyini qeyd etdi. Bugünkü tədbirlə də aztəminatlı ailələrə sevinc bəxş etdiyinə görə Fondun prezidenti Mehriban xanım Əliyevaya Qarabağ veteranları adından öz  minnətdarlığını bildirdi.
Sabunçu rayon “Sodrujestvo” cəmiyyətinin sədri Vladimir Arqutkin çıxış edərək multikultural və tolerant mühitin hökm sürdüyü Azərbaycanda yaşamasından məmnunluğunu ifadə etdi. Sabunçu rayonunda bütün millətlərin və dinlərin nümayəndələrinin dinc və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayan V.Arqutkin onlara göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlığını bildirdi.
Sonda tədbir bayram süfrəsi arxasında davam etdirildi. Bütün tədbir iştirakçılarına  Heydər Əliyev Fondu tərəfindən bayram hədiyyələri paylanıldı.

Keçidlər