Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəliyin 2016-cı ilin yekunları ilə bağlı hesabat yığıncağı keçirildi

17 yanvar 2017 | 20:00
18 yanvar 2017-ci il tarixdə Bilgəh qəsəbəsində yerləşən 142 nömrəli tam orta məktəbin akt zalında Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəliyinin 2016-cı ildəki fəaliyyətinə dair hesabat yığıncağı  keçirildi.
Hesabat yığıncağında Rayon İcra Hakimiyyətinin başçısının I müavini Güloğlan Məmmədov, şöbə müdirləri, Rayon İcra Hakimiyyəti başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsi Sadiq İbrahimov, Bilgəh Bələdiyyəsinin sədri Təyyar İbadov, rayon icra strukturlarının rəhbərləri və qəsəbə sakinləri iştirak etdilər.
Yığıncağı giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısının I müavini Güloğlan Məmmədov açaraq qəsəbədə görülən və nəzərdə tutulan işlərdən ətraflı danışdı. Sonra Rayon İcra Hakimiyyətinin başçısının Bilgəh qəsəbəsi üzrə nümayəndəsi Sadiq İbrahimov, Bilgəh Bələdiyyəsinin sədri Təyyar İbadov 2016-cı il ərzində qəsəbədə görülən işlər barəsində hesabat məruzəsi ilə çıxış etdilər. Sonda məruzə ətrafında qəsəbə sakinlərindən Abdullayeva Gülnaz, Rüstəmov Məzahir, Şükürov Amil, Mehtiyeva Şövkət  və başqaları çıxış edərək öz münasibətlərini bildirdilər.
Keçidlər