Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2 Fevral - Azərbaycan Gəncləri Günü qeyd edildi

01 fevral 2017 | 20:00
02 fevral 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin, Bakı Şəhər Gənclər və İdman İdarəsinin, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin, Sabunçu Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Sabunçu Gənclər Evində “2 Fevral- Azərbaycan Gəncləri Günü”  qeyd edildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini  Arzu Məmmədova, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini Nazim Əliyev, 4 saylı Bakı “ASAN xidmət” mərkəzinin direktoru Mahir Məlikov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Sabunçu Gənclər Evinin direktoru Ramiz Məmmədov və rayonun ictimai-mədəni həyatında fəal olan gənclər iştirak etdilər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sonra “2 fevral- Gənclər Günü”nə aid video çarx nümayiş etdirildi. Tədbiri giriş sözü ilə açan aparıcılar “2 fevral- Gənclər Günü”nün yaradılması, tarixi və mahiyyəti barədə geniş məlumat verdilər.
Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova bildirdi ki, ölkəmizdə gənclərə belə yüksək dəyərin verilməsini ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz 1996-cı ildə ümummilli liderin təşəbbüsü ilə Azərbaycan Gənclərinin I Forumu keçirildiyini və 1997-ci ildə imzaladığı Sərəncamla fevralın 2-si “Azərbaycan Gəncləri Günü” elan olunduğunu tədbir iştirakçılarının nəzərinə çatdırdı. A.Məmmədova hal-hazırda ölkəmizdə gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələ yaşadığını, Prezident İlham Əliyevin ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq etdiyini vurğuladı.
Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev çıxış edərək Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, dövlətimizin apardığı gənclər siyasətinin rolundan danışdılar.
Daha sonra rayonun ictimai-mədəni həyatında fəallığı ilə fərqlənən gənclərə Rayon Gənclər və İdman İdarəsi tərəfindən Diplom və hədiyyələr təqdim edildi.
Sonda tədbir Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkil etdiyi konsert proqramı ilə davam etdi.
Keçidlər