Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümü qeyd edildi

12 fevral 2017 | 20:00
13 fevral 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin akt zalında Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının beşinci ildönümü münasibətilə tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, I müavin Güloğlan Məmmədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon idarəsinin rəisi polkovnik Rövşən Babayev, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, RİH başçısı aparatının şöbə müdirləri,  Xidmətin yerli idarə, şöbə və bölməsinin şəxsi heyəti, qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə Maştağa qəsəbəsi, Heydər Əliyev adına parkda ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
Tədbirdə Azərbaycan Respublikası Dövlət Himninin səsləndirilməsindən sonra  Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradıldığı gündən vətəndaşların hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində mühüm işlərin görüldüyünü qeyd edərək bildirdi ki, Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və  inkişaf yoluna qədəm qoyan və Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun güclənməsi istiqamətində bütün lazımi tədbirlər görülür. A.Vəliyev Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradıldığı gündən gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin yüksəldilməsi, çağırışçıların həqiqi xidmətə yola salınması və səfərbərlik hazırlığı təlimlərində Rayon İcra Hakimiyyəti ilə sıx əməkdaşlıq etdiyini vurğuladı və Dövlət Xidmətinin rayon şöbəsinin bütün əməkdaşlarını peşə bayramı münasibətilə təbrik etdi.
Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Polkovnik Rövşən Babayev, Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov və Dövlət Təhlükəsizliyi Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Faiq Nuriyev çıxış edərək Prezident cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən ordu quruculuğu, həm də gənclər siyasətinin mühüm rolu olduğunu, eyni zamanda dövlətimizin başçısının rəhbərliyi ilə aparılan ardıcıl islahatlar nəticəsində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin maddi-texniki bazasının  gücləndirilərək yeni mərhələdə daha da inkişaf etdiyini qeyd etdilər.
Sonda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu rayon İdarəsinin bir qrup əməkdaşları təltif edildilər.
Keçidlər