Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “8 Mart- Beynəlxalq Qadınlar Günü” qeyd olundu

06 mart 2017 | 20:00
07.03.2017-ci il tarixdə “8 Mart - Beynəlxalq Qadınlar Günü” ilə əlaqədar Sabunçu  Rayon İcra Hakimiyyətində çalışan xanımlarla görüş  keçirildi. Görüşdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı cənab Adil Vəliyev, müavinlər, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, RİH-nin şöbə müdirləri, qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri və Rayon İcra Hakimiyyətində çalışan xanım işçilər iştirak etdilər.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev tədbir iştirakçılarını salamlayaraq, xanımları bayram münasibətilə təbrik etdi, onlara can sağlığı və müvəffəqiyyətlər arzuladı. A.Vəliyev qeyd etdi ki, Azərbaycan qadını bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli - mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Qadınlar ölkənin bütün ali orqanlarında əzmlə, məsuliyyətlə çalışırlar. Bu gün Azərbaycan Respublikasının birinci xanımı, Azərbaycan respublikasının birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın istər ölkəmizdə, istərsə də vətəndən uzaqlarda öz işi, bacarığı və əvəzsiz keyfiyyətləri ilə Azərbaycan xanımlarını ən yüksək səviyyədə təmsil edir və azərbaycan qadınının nələrə qadir ola biləcəyini gördüyü işlərin sanbalı ilə sübut edir.
Sonra Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, RİH-i başçısının Bakıxanov və Sabunçu qəsəbələri üzrə nümayəndələri Vidadi Səlimov və Məhərrəm Mehrəliyev çıxış edərək bütün qadınları 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə təbrik etdilər, onlara gələcək fəaliyyətlərində uğurlar arzuladılar.
Tədbirdə bütün qadınlar adından Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva və Rayon İcra Hakimiyyəti Başçısının yanında Qəyyumluq və Himayəçilik Komissiyasının məsul katibi Səbahət Hünbətova çıxış edərək dövlət qayğısından razılıq etdilər və qadınlara göstərilən diqqətə görə minnətdarlıqlarını bildirdilər.
Sonda bütün xanım iştirakçılara gül çələngi və hədiyyələr təqdim olundu.
Keçidlər