Şriftin ölçüsü :

Saytın rəngi :

Pirşağı - Kürdəxanı və Sabunçu - Ramana qəsəbələrində Novruz şənlikləri keçirildi

14 mart 2017 | 20:00
Bakı Şəhər İcra Hakimiyyətinin 72 saylı 23 fevral 2017-ci il tarixli “Bakı şəhərində “İlaxır çərşənbə” günü-Novruz bayramı münasibət ilə tədbirlərin keçirilməsi haqqında” sərəncamına əsasən Sabunçu Rayon İcra Hakimiyyəti başçısı aparatında müvafiq tədbirlər planı hazırlanaraq təsdiq edilmişdir. Tədbirlər Planına uyğun olaraq 13 mart 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Kürdəxanı qəsəbə nümayəndəliyinin qarşısındakı meydanda rayonun Pirşağı-Kürdəxanı qəsəbələrinin sakinləri, 15 mart 2017-ci il tarixdə isə Sabunçu-Ramana qəsəbələrinin sakinləri üçün Novruz şənlikləri keçirildi. Tədbirlərdə Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, müavinlər, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, icra nümayəndələri, bələdiyyə sədrləri və qəsəbə sakinləri iştirak etdilər.
Çıxış edən Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev qəsəbə sakinlərini salamlayaraq onları baharın gəlişi münasibətilə təbrik etdi, sülh və əmin-amanlıq, ruzi və bərəkət ilə dolu il arzuladı.
Sonra qəsəbələrin mədəniyyət işçilərinin və məktəblilərinin hazırladıqları bayram əhval-ruhiyyəli proqramla tədbir iştirakçılarını sevindirdilər. Novruz personajları Kosa və Keçəlin mərasimə gəlməsi isə bayram tədbirini daha da rövnəqləndirdi. Keçəl və Kosa çıxışlarının sonunda Bahar qızını mərasimə dəvət etdilər. Çıxışlarda Novruz bayramına aid bayatılar, şeirlər və musiqilər səsləndi.
Sonda Sabunçu  Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev ənənəvi olaraq çərşənbə tonqalını yandırdı.
Keçidlər