Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu məktəbliləri “Ölkəmizi Tanıyaq” maarifləndirici VII tur-aksiya çərçivəsində Naxcıvan Muxtar Respublikasına yollandılar

22 mart 2017 | 20:00
23 mart 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşısında Sabunçu şagirdlərininin  müəyyən olunmuş qrafik üzrə  Naxçıvan Muxtar Respublikasına təntənəli yolasalma mərasimi keçirildi.  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Məmmədova, qərargah üzvləri, valideynlər və şagirdlər iştirak etdilər. Uşaqlar onlar üçün təşkil olunmuş musiqili proqram ilə xüsusi ayrılmış avtobusa minərək DYP-nin müşahidəsi ilə Heydər Əliyev Beynəlxalq Hava Limanına yola salındılar.
Qeyd edək ki, şagirdlər üçün təşkil olunmuş tur ekskursiya mart ayının 26-dək davam edəcək.
Keçidlər