Şriftin ölçüsü :

Saytın rəngi :

“Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində Bakı şəhərinə səfər edən Naxçıvan məktəbliləri Bakı Olimpiya Stadionunda olublar

17 mart 2017 | 20:00
18 mart və 23 mart 2017-ci il tarixlərində “Ölkəmizi tanıyaq” VII tur-aksiya çərçivəsində Bakı şəhərinə səfər edən Naxcıvan məktəbliləri proqramın 3-cü günündə Sabunçu rayonunda yerləşən Bakı Olimpiya Stadionunda olublar.
Sabunçu Rayon İcra Hakimiyyətinin məsul işçiləri Ədalət Teymurov və Məhəmməd Əsədov tur-aksiya iştirakçılarını salamlayaraq onları Novruz bayramı münasibətilə təbrik edib.
Sonra məktəblilər Azərbaycanda və bütün Qafqazda ən böyük stadiona ekskursiya ediblər. Ekskursiyanı daha maraqlı və rəngarəng etmək üçün zurnaçı dəstəsi, keçəl və kosa Novruzun gəlişinə həsr olunmuş konsert proqramı ilə çıxış edərək məktəblilərlə yallı gediblər.
Daha sonra məktəblilərə Azərbaycanda və bütün Qafqazda ən böyük stadion olan Bakı Olimpiya Stadionu haqqında bələdçilər tərəfindən geniş məlumat verilib.
Keçidlər