Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “31 mart - Azərbaycanlıların soyqırımı günü” qeyd olundu

30 mart 2017 | 20:00
31 mart 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasında  “31 mart -Azərbaycanlıların Soyqırımı Günü”nə həsr olunmuş tədbir keçirildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Fazil Mustafa, Rayon Icra Hakimiyyəti başçısının müavinlər, YAP Sabunçu rayon Təşkilatının sədri, hüquq-mühafizə  orqanlarının rəhbərləri, icra aparatının məsul işçiləri, Rayon Gənclər və İdman İdarəsinin rəisi və gənclər iştirak etdilər.
Tədbir iştirakçıları ilk öncə Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər. Daha sonra Soyqırımla bağlı film nümayiş etdirildi və tədbir iştirakçıları tərəfindən erməni quldur dəstələrinin  azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırımı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edildi.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı  Adil Vəliyev  çıxış edərək bildirdi ki, ermənilər öz şovinist məqsədlərinə çatmaq üçün beynəlxalq hüquq normalarına məhəl qoymadan bütün mümkün vasitə və metodlardan istifadə ediblər. Sovet hakimiyyəti illərində ermənilər adət etdikləri metodlarla azərbaycanlıların daimi yaşadıqları Ermənistan SSR-dən çıxarılmasını eləcə də qonşu respublikaların torpaqları hesabına öz ərazilərini böyütməkdə davam ediblər. Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşaiyət olunaraq, ermənilərin azərbaycanlılara qarşı düşünülmüş, planlı surətdə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir. A.Vəliyev bu soyqırımının tanınması və tarixdən silinməməsi istiqamətində ilk dəfə 26 mart 1998-ci ildə "Azərbaycanlıların soyqırımı haqqında" Ümummilli lider Heydər Əliyev "31 Mart Azərbaycanlıların soyqırımı Günü" kimi qeyd olunması üçün xüsusi fərman imzalanmasını qeyd etdi.
Tədbirdə millət vəkili Fazil Mustafa, Dövlət Təhlükəsizliyi Xidmətinin Sabunçu rayon İdarəsinin rəisi Faiq Nuriyev, Rayon Məhkəməsinin sədri İlqar Abbasov, “Neftqazmaş”ASC-nin direktoru Vahid Hacıyev və Bakı Dövlət Sosial-İqtisad Kollecinin direktor Vidadi Orucov çıxış edərək erməni millətçiləri tərəfindən törədilmiş  Azərbaycanlıların soyqırımı 200 il ermənilərin əli ilə müxtəlif xalqlar tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən bir qəddar siyasət olduğunu toplantı iştirakçıların nəzərinə çatdırdılar.
Keçidlər