Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunun çağırışçı gəncləri hərbi hissələrə yola salındılar

02 aprel 2017 | 20:00

03 aprel 2017-ci il tarixdə Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında” müvafiq sərəncamına uyğun olaraq, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Heydər Əliyev adına parkda gənclərin müddətli həqiqi hərbi xidmətə yolasalınması mərasimi keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Fazil Mustafa, Rayon Icra Hakimiyyəti başçısının müavinlər, YAP Sabunçu rayon Təşkilatının sədri, hüquq-mühafizə  orqanlarının rəhbərləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi və  yüksək rütbəli zabitləri, gənc çağırışçılar və onalrın valideynləri iştirak etdilər.
İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək əziz xatirəsini ehtiramla yad etdilər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyi uğrunda şəhid olmuş vətəndaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək müstəqil Respublikamızın qurucusu olan Heydər Əliyevin göstərdiyi müstəsna xidmətlər nəticəsində Azərbaycanda ordu quruculuğu prosesinin çox sürətlə aparıldığını, qısa müddət ərzində nizami ordunun yarandığını qeyd etdi. Bildirdi ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən ordunun güclənməsi üçün bütün lazımi tədbirlər görülür, peşəkarlığın artırılmasına xüsusi önəm verilir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tez-tez hərbi hissələrdə olması cəbhə bölgələrində, düşmənlə təmas xəttində dayanan əsgərlər ilə səngərlərdə görüşü hərbçilərimizdə ruh yüksəkliyini artırır. Bununla yanaşı, hərbçilərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün əməli-praktiki tədbirlər görülür. A.Vəliyev Azərbaycanın güclü ordusu olduğunu, vətənin keşiyində igid, mərd oğulların dayandığını bildirərək, gənclərə vətənin keşiyində ayıq-sayıq dayanmağı, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirməyi vurğuladı və vətəni qorumaq kimi müqəddəs bir vəzifəyə başlamaları münasibəti ilə təbrik etdi.
Çıxış edən Millət vəkili Fazil Mustafa, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi-polkovnik Rövşən Babayev və valideyinlər həqiqi hərbi xidmətə gedən çağırışçıları təbrik edərək Vətənə xidmət etməyin şərəfli və məsuliyyətli vəzifə olduğunu bildirdilər və onlardan qələbə xəbərləri gözlədiklərini vurğulayaraq sağ-salamat evə qayıtmalarını arzuladılar.
Çağırışçılar Vətənə xidmət edəcəklərindən qürur duyduqlarını və ən böyük arzularının işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etmək olduğunu bildirdilər.
Sonda gənclər “Azərbaycan“ marşı sədaları altında Azərbaycan Respublikasının dövlət bayrağının altından keçərək, onlar üçün ayrılmış xüsusi avtobuslarla təyin olunduqları hərbi hissələrə yola salındılar.

Keçidlər