Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda şəhid Əlizamin İslamovun il mərasimi keçirildi

05 aprel 2017 | 20:00

06 aprel 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Sabunçu rayonu Zabrat qəsəbəsində aprel döyüşləri zamanı şəhid olmuş Əlizamin İslamovun il mərasimi keçirildi.
Mərasimdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkilləri Dilarə Cəbrayılova və Fazil Mustafa, Rayon Icra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının sədri, hüquq-mühafizə  orqanlarının rəhbərləri, Rayon İcra Hakimiyyəti başçısı aparatının şöbə müdirləri, qəsəbə icra nümayəndələri, bələdiyyə sədrləri və şəhidin qohumları iştirak etdilər.
Din xadimləri aprel döyüşləri zamanı şəhid olmuş qəhrəman oğullarımızın əziz xatirəsinə müqəddəs kitabımız olan «Qurani Kərim»dən ayələr və dualar oxudular.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər