Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Narkomanlıqla mübarizə hər birimizin borcudur” adlı maarifləndirici tədbir keçirildi

25 aprel 2017 | 20:00

26 aprel 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Sabunçu Rayon Polis İdarəsi və rayonun Balaxanı qəsəbəsində yerləşən 259 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə  məktəbin akt zalında “Narkomanlıqla mübarizə hər birimizin borcudur ” mövzusunda maarifləndirici tədbir keçirildi.
   Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov, Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Bakı Şəhər Təhsil İdarəsinin Tədris Mərkəzinin baş metodisti Tahirə Qədimova, Respublika Narkoloji Dispanserinin həkim-narkoloqu Asif Kəngərli, 259 nömrəli tam orta məktəbin direktoru Fəridə Rzayeva və məktəbin şagird və müəllim kollektivi  iştirak etdilər.
   Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın sədri Güloğlan Məmmədov narkomaniyanın fəsadlarından, sağlam həyat tərzi istiqamətində maarifləndirmənin vacibliyindən, ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizədən  danışdı.
   Çıxış edən Sabunçu rayon Polis İdarəsinin rəisi Eldar İlyasov narkotik vasitələrin qanunsuz dövriyyəsinin artması, narkotiklərlə bağlı cinayətlərin getdikcə daha çox ciddi problemə çevrilməsi və narkotik vasitələrə aludə olanlar içərisində yeniyetmə və gənclərin də olması böyük təəssüf hissi doğurduğunu qeyd edərək gənclərə  diqqətli və ehtiyatlı olmalarını bildirdi.
   Tədbirdə digər natiqlər də yeniyetmə və gənclərin narkomanlıq və digər zərərli vərdişlərdən qorunması istiqamətində aparılan işlər barədə söhbət açaraq gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi, sağlam inkişaf etməsi, zərərli vərdişlərdən uzaq olması üçün görülməli işlərdən danışdılar və müntəzəm olaraq maarifləndirici tədbirlərin keçirlməsinin vacibliyini vurğuladılar.
   Sonda qonaqlar mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırdıqdan sonra mövzuya aid məktəb şagirdlərinin hazırladıqları səhnəcik nümayiş olundu.

Keçidlər