Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda xalq yazıçısı Çingiz Abdullayevlə görüş keçirildi

16 may 2017 | 20:00

17 may 2017-ci il tarixdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə  Bakıxanov qəsəbəsində yerləşən yeni istifadəyə verilmiş Sabunçu rayon Mərkəzləşmiş Kitabxana Sisteminin 1 saylı filialında xalq yazıçısı, nasir, publisist, Yazıçılar Birliyinin katibi, hüquq elmləri doktoru Çingiz Abdullayevin Sabunçu rayon oxucuları ilə görüşü keçirildi.
Görüşdə xalq yazıçısı Çingiz Abdullayev öz yaradıcılığından, yazdığı son kitablarından və onları yazarkən rastlaşdığı maraqlı hadisələrdən danışdı.
Görüş oxucuların sualları ilə davam etdirildi və sonda Çingiz Abdullayev oxucuların kitablarını imzalayaraq, onlarla xatirə şəkili çəkdirdi.

Keçidlər