Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda "1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü" ilə əlaqədar musiqili proqram təşkil olundu

31 may 2017 | 20:00

01.06.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin və Sabunçu rayon Asudə Vaxt Mərkəzinin birgə təşkilatçılığı ilə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi günü ilə əlaqədar Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 saylı filialında tədbir keçirildi.
Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vuqar Zeynalov, Sabunçu rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Səmərqənd Əlizadə, Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin direktoru Hacı Əliyev və digər qonaqlar iştirak ediblər.
Sonra Sabunçu rayon Asudə Vaxt Mərkəzinin nəzdində fəaliyyət göstərən vokal dərnəyinin üzvləri Bayramova Ayan, Məmmədov Emin, xanəndəlik dərnəyinin üzvü Muradov Anar, “Meqas” uşaq qrupu, “Xəzri” rəqs ansamblı, mərkəzin məktəbəqədər dərnəyinin kiçikyaşlı üzvləri təqdim etdiklər rəngarəng konsert proqramı ilə tədbirə qatılan çoxsaylı balaca qonaqlara bol əyləncə, bayram əhval ruhiyyəsi bəxş ediblər.

Keçidlər