Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü”nə həsr olunmuş tədbir keçirildi

31 may 2017 | 20:00

01.06.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabunçu rayon Təşkilatının birgə təşkilatçılığı ilə “1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü” ilə əlaqədar Bakıxanov qəsəbəsində yerləşən “Şəhrizad” uşaq baxçasında tədbir keçirildi. Tədbirdə YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, Sabnçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov, partiyanın fəal gəncləri, baxçanın müəllimləri, valideyinlər və 100 nəfər körpə fidanlar iştirak etdilər.
Tədbirdə çıxış edən YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Azərbyacanda dövlət səviyyəsində uşaqlara göstərilən diqqət və qayğıdan ətraflı söz açıb. Qeyd olunub ki, bu gün ölkəmizdə uşaqlar əmin-amanlıq içərisində böyüyüb boya-başa çatırlar: "Uşaqlar bizim gələcəyimizdir, bizim gələcək inkişafımız, nailiyyətlərimiz onların əllərindədir. Ulu Öndər Heydər Əliyev uşaqlara vətənpərvərlik hisslərinin aşılanmasının, onların milli ruhda böyüməsinin vacibliyini önə çəkmişdi. Bu gün də övladlarımız Cənab Prezidentimiz İlham Əliyevin qayğısı ilə tam əhatə olunublar. Ölkəmizdə bütün standartlara cavab verən, ən müasir bağçalar tikilib, əsaslı təmir olunub. Bağçalarda uşaqların tam şəffaf mühitdə böyüməsi üçün dövlətimiz tərəfindəın bütün lazımı tədbirlər həyata keçirilib. Bu istiqamətdə Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın həyata keçridiyi tədbirlər, gördüyü işlər həqiqətən də misilsizdir. Uşaqlar bizim gələcəyimizin qarantıdır, onlar bizim üçün böyük sərvətdir.
Çıxış edən Sabnçu Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Ədalət Teymurov uşaqlara xüsusi qayğı ilə yanaşmağı vurğulayaraq gələcəyin əsgərləri də, alimləri də, idmançıları da, ictimai-siyasi, dövlət xadimləri də məhz uşaqlar olduğunu bildirdi və uşaqlarımızın sülh və əmin-amanlıq şəraitində böyüməsi üçün dövlət tərəfindən həyata keçirilən tədbirlərdən danışdı.
Daha sonra "Şəhrizad" uşaq bağçasının balaca fidanlarının ifasında ədəbi-bədii kompozisiyalar nümayiş olunaraq vətənpərvərlik, döyüşkənlik ruhunda hazırlanmış səhnələr nümayiş etdirdilər.
Sonda uşaqlara hədiyyələr tədqim olundu.

Keçidlər