Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonu ərazisində aparılan abadlıq, quruculuq və sanitar - təmizlik işlərinin gedişatı barədə iclas keçirildi

03 avqust 2017 | 20:00

04.08.2017-ci il tarixində Sabunçu Rayon İcra Hakimiyyətinin akt zalında rayon ərazisində aparılan tikinti, quruculuq, abadlıq və sanitar- təmizlik işlərinin gedişatı barədə iclas keçirildi.
İclasda Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, başçının I müavini Güloğlan Məmmədov, müavinlər Rəna Fərəcova, Avtandil Hüseyn-zadə, Rayon İcra Hakimiyyəti Aparatının əməkdaşları, qəsəbə nümayəndələri və bələdiyyə sədrləri iştirak etdilər.
İclasda çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev qəsəbələrdə aparılan tikinti, quruculuq, abadlıq və sanitar - təmizlik işləri ilə bağlı ətraflı məlumat verərək qarşıda duran vəzifələri müəyyənləşdirdi, aidiyyatı qurumlara öz tapşırıqlarını verdi.
Sonda isə Azərbaycan Respublikasının Prezidentinin 21 iyun 2017-ci il tarixli, 3015 nömrəli Sərancamı ilə təltif edilmiş Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Zabrat qəsəbəsi üzrə nümayəndəsi Süleymanov İlqar Sərdar oğluna  “ Dövlət qulluğunda fərqlənməyə görə” medal təqdim edildi.

Keçidlər