Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 12 avqust – “Beynəlxalq Gənclər Günü” ilə bağlı aksiya keçirildi

10 avqust 2017 | 20:00
11.08.2017-ci il tarixdə Sabunçu Rayonu İcra Hakimiyyətinin təşəbbüsü ilə Yeni Azərbaycan Partiyası Sabunçu Rayon Təşkilatının fəal gəncləri, Rayon Gənclər və İdman idarəsinin gənc üzvləri və rayon ərazisində yerləşən səhiyyə müəssisələrinin gənc tibb işçiləri olmaqla ümumilikdə 100-dən çox gənc 12 avqust – “Beynəlxalq Gənclər Günü” nü münasibətilə aksiya keçirildi.
Aksiya iştirakçıları rayonun 10 qəsəbəsində yaşayan tənha, diqqətə və qayğıya ehtiyacı olan yaşlı insanların evlərinə gedərək onları tibbi müayinədən keçirtdilər və ailə - məişət işlərində kömək edərək mənəvi dəstək oldular.
Aksiyada iştirak edən Sabunçu Rayonu İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova aksiyanın təşkilində İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları başda olmaqla, İcra Hakimiyyəti başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri və əməyi keçən hər kəsə dərin minnətdarlığını bildirdi və bu kimi tədbirlərin tez-tez keçiriləcəyini vurğuladı.

 

Keçidlər