Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayonu Bakıxanov qəsəbəsində yerləşən 252 saylı məktəb-liseydə aztəminatlı və imtiyazlı ailələrdə təhsil alan şagirdlər məktəbli formaları ilə təmin olundu

10 sentyabr 2017 | 20:00
   11.09.2017-ci il tarixdə Bakıxanov qəsəbəsində yerləşən 252 saylı məktəb-liseydə aztəminatlı və imtiyazlı ailələrdə təhsil alan məktəblilər Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən məktəbli formaları ilə təmin olundu. Tədbirdə RİHB-nın İctimai-siyasi və Humanitar məsələlər üzrə müavini Rəna Fərəcova və şöbənin əməkdaşları, Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Sabunçu rayonu üzrə sektor müdiri Akif Rufullayev iştirak etdilər. Müavin Rəna Fərəcova çıxış edərək yeni tədris ili münasibətilə məktəbliləri təbrik edib bildirdi ki, bu tədbir ənənəvi olaraq hər il Rayon İcra Hakimiyyəti tərəfindən imtiyazlı və aztəminatlı ailələrin sosial rifahı nəzərə alınaraq məktəblilərin təhsilə cəlb olunmasına dəstək məqsədilə həyata keçirilir.
Sonda 139 şagirdə məktəbli formaları təqdim olundu.
Keçidlər