Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 2016-2017-ci tədris ilinin yekunlarına həsr olunmuş Təhsil Konfransı keçirildi

11 sentyabr 2017 | 20:00
   12 sentyabr 2017-ci il tarixdə Sabunçu qəsəbəsində yerləşən 311 nömrəli tam orta məktəbin akt zalında Rayonun Təhsil Konfransı keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin Deputatları Fazil Qəzənfəroğlu, Dilarə Cəbrayılova, YAP-ın Sabunçu Rayon təşkilatının sədri, hüquq-mühafizə orqanları, RİHB-nın qəsəbə nümayəndələri, bələdiyyə sədrləri və rayonda yerləşən məktəblərin direktorları iştirak etdilər.
Tədbiri giriş sözü ilə açan RİH-nin başçısı Adil Vəliyev bütün tədbir iştirakçılarını 2016-2017-ci tədris ilində rayon məktəblərinin əldə etdikləri uğurlu nəticələrlə tanış etdi. Daha sonra RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova, Milli Məclisin Deputatları Fazil Qəzənfəroğlu, Dilarə Cəbrayılova və 2016-2017-ci tədris ilində 600-dən yüksək bal toplayan tələbələr çıxış etdilər.
Tədbirin sonunda il ərzində xüsusi nailiyyətlər əldə etmiş 5 məktəb direktoru Fəxri Fərmanla və 600-dən yüksək bal toplamış 94 abituriyent xüsusi hədiyyələrlə təltif olundular.
Keçidlər