Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Ailə akademiyası” adlı tədbir keçirildi

20 sentyabr 2017 | 20:00
   21.09.2017-ci il tarixdə Sabunçu rayon Gənclər Evində Sabunçu Rayon İcra Hakimiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin birgə təşkilatçılığı ilə “Ailə akademiyası” adlı lahiyənin açılış tədbiri keçirildi. Tədbirdə SRİH-nin İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova və şöbənin əməkdaşları, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva, Azərbaycan Milli Elmlər Akademiyasının  professoru Rəna Mirzəzadə, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, bələdiyyə sədrləri, QHT üzvləri, polis əməkdaşları, təhsil və səhiyyə müəssisələrinin  nümayəndələri  iştirak etdilər. Tədbiri giriş sözü ilə açan RİHB-nın müavini Rəna Fərəcova cəmiyyətdə ailənin önəmi və milli-mənəvi dəyərlərdən bəhs etdi. Son dövrlərdə qurulan ailələrdə boşanmaların artması, erkən nikahların uğursuzluğu, gender zorakılığı, uşaqlara qarşı zorakılığın qarşısının alınması istiqamətində dövlət tərəfindən mühüm addımlar atıldığını xüsusi vurğuladı. Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva,Azərbaycan  Milli Elmlər Akademiyasının professoru Rəna Mirzəzadə, YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Ramana bələdiyyəsinin sədri İntizar Rzayeva, Böyük Vətən Müharibəsi Veteranları Təşkilatının Sabunçu Rayon şöbəsinin sədri Elxan Mirzəyev, fəal gənc Murad Cənnətov və başqaları bu istiqamətdə maarifləndirici tədbirlər aparılmasının vacib faktorlardan biri olduğunu və bu barədə profilaktiki işlərin aparılmasının labüd olduğunubildirdilər. Daha sonra tədbirin ikinci hissəsi olaraq Bakıxanov  bələdiyyəsində dəyirmi masa keçirildi. Dəyirmi masa ətrafında toplaşan Bakıxanov bələdiyyə sədri Ramis Nəsibov, Ağsaqqallar şurasının sədri Nadir Əsədov, fəal məktəb direktorları  “Ailə akademiyyası” nın çox uğurlu bir lahiyə olduğunu təsdiqləyərək yeni ideyalar irəli sürdülər. Qarşılıqlı müzakirələrlə tədbir yekunlaşdı.
Keçidlər