Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 1 oktyabr - Beynəlxalq ahıllar günü qeyd olundu

01 oktyabr 2017 | 20:00
   30.09.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Dilarə xanım Cəbrayılovanın, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Sağlam Ailə Tibb Mərkəzinin birgə dəstəyi ilə  1 oktyabr - Ahıllar Günü ilə əlaqədar olaraq rayonun ən uzun müddətli – 67 və 65 il birgə nikahda olan yaşlı ailələri ziyarət olundu. Gənc nəslə nümunə olan bu ahıllar uzunömürlü nikahlarının sirrlərini bölüşərək  ölkə rəhbərinin əhalinin bütün təbəqələrinə olduğu kimi yaşlı və ahıllara da göstərdiyi diqqət və qayğıdan söz açdılar.
   Sonda isə Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən həmin ailələrə ərzaq bağlamalarından ibarət yardım verildi, Ailə, Qadın və Uşaq Problemləri  üzrə  Dövlət  Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Rayon Vətəndaşlıq Vəziyyəti Aktları Qeydiyyatı şöbəsinin müdiri Lətafət Hacıyeva isə uzunömürlü ailələri xüsusi mükafatlarla təltif etdilər. Sağlam Ailə Tibb Mərkəzinin əməkdaşı Nigar Rüstəmli isə yaşlı ailələrə ödənişsiz tibbi müayinə kuponları hədiyyə etdi.
Keçidlər