Şriftin ölçüsü :

Saytın rəngi :

Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi və 2017-ci il "İslam Həmrəyliyi ili" münasibətilə tədbir keçirildi

09 oktyabr 2017 | 20:00
  Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi və 2017-ci il "İslam Həmrəyliyi ili" münasibətilə YAP Sabunçu rayon təşkilatının və  Sabunçu rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 10.10.2017-ci il tarixdə tədbir keçirildi.
  Tədbirdə AMEA Fəlsəfə İnstitutunun direktoru, professor, YAP-ın üzvü İlham Məmmədzadə ,Sabunçu rayon İcra Hakimiyyətinin müavini,YAP-ın üzvü Rəna Fərəcova və AMEA Fəlsəfə İnstitutunun şöbə müdiri, professor, YAP-ın üzvü Rəna Mirzəzadə çıxış etdilər.Bir qrup fəlsəfə elmləri doktoru, professorlar da tədbirdə iştirak edirdilər.
  Tədbir iştirakçıları dünya şərqşünaslığı tarixində xüsusi yeri olan görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər.
   YAP Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva çıxış edərək, partiyanın 25 ildə keçdiyi inkişaf yolu, uğurları, ictimai-siyasi həyatdakı müstəsna xidmətləri haqqında geniş məlumat verdi.
  M.Abasquliyeva qeyd etdi ki, YAP-ın 25 illik yubileyi "İslam Həmrəyliyi İli" ilə bir ilə təsadüf edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev demişdir: "2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsi Sülhə Çağırışdır."
Keçidlər