Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonu Bilgəh qəsəbəsində yerləşən 142 saylı tam orta məktəbdə Məmməd Arazın doğum günü qeyd olundu

15 oktyabr 2017 | 20:00

   14.10.2017-ci il tarixdə Bilgəh qəsəbəsində yerləşən 142 saylı tam orta məktəbin təşkilatçılığı və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə Məmməd Arazın doğum günü qeyd olundu.
  Tədbirdə RİH başçısının İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova, “Sabaha inamla” qəzetinin redaktoru Namiq Məmmədli, “Təhsil problemləri” qəzetinin müxbiri Əşrəf Hümmətoğlu, 28 saylı seçki dairəsinin sədri və Bilgəh qəsəbə nümayəndəsi iştirak etdilər.
   Bədii yaradıcılıq gecəsi məktəbin 11-ci sinif şagirdlərinin şairin şerlərindən ibarət musiqili kompozisiyalar, məktəb pedaqoqlarının hazırladıqları Məmməd Araz yaradıcılığının bariz nümunələri ilə davam etdirildi. Daha sonra çıxış edən 142 saylı tam orta məktəbin direktoru Gülnaz Abdullayeva, Sabunçu RİH başçısının müavini Rəna Fərəcova və “Sabaha inamla” qəzetinin redaktoru Namiq Məmmədli şairin Azərbaycan ədəbiyyatındakı əvəzolunmaz yerindən, yaşadığı dövrdə doğma yurdunun müstəqilliyi və bütövlüyünü tərənnüm edən yaradıcılığından bəhs etdilər.

Keçidlər