Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Yeni Azərbaycan Partiyasının 25 illik yubileyi ilə əlaqədar tədbir keçirildi

20 noyabr 2017 | 20:00
 21 noyabr 2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində Yeni Azərbaycan Partiyasının yaranmasının 25-ci  ildönümü münasibətilə tədbir keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH başçısının birinci müavini Güloğlan Məmmədov və müavinlər  Rəna Fərəcova, Avtandil Hüseyn-zadə, Yeni Azərbaycan Partiyasının Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, təşkilatın üzvləri, icra nümayəndələri, bələdiyyə sədrləri və gənc fəallar iştirak etdilər. İlk olaraq tədbir iştirakçıları Ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq  dahi şəxsiyyətin ruhuna öz ehtiramlarını bildirdilər.
   Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yolu əks etdirən film nümayiş olundu.
Tədbiri giriş sözü ilə açan  Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirdi ki, ulu öndər Heydər Əliyevin  siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində gördüyü işlər, onun fəaliyyəti, şəxsiyyəti Azərbaycan tarixinin ayrılmaz bir hissəsini təşkil edir. Yeni Azərbaycan Partiyasının dövlətimizin inkişafı, tərəqqisi, xalqımızın firavan, xoşbəxt yaşaması üçün dahada böyük uğurlara nail olacağını bildirdi.
   YAP Sabunçu rayon Təşkilatının sədri Mehriban Abbasquliyeva öz çıxışında bildirdiki, 25 il bundan öncə ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyası həmişə öz məqsəd və amalına sadiq qalan, qarşısına qoyduğu vəzifələri uğurla həyata keçirən güclü bir siyasi təşkilatdır. Bu gün öz sıralarında təxminən 700 min  məsləkdaşı birləşdirən YAP-ın ölkəmizinən güclü və ən nüfuzlu siyasi təşkilat olduğunu vurğuladı.
  Daha sonra çıxış edən YAP-ın üzvləri Nadir Əsədov və Orxan Daşdəmirli Yeni Azərbaycan Partiyasının fəaliyyətini gənc və yaşlı nəslin gözü ilə təhlil etdi.
 Sonda isə RİH başçısı Adil Vəliyev YAP-ın cəmiyyətimizdəki aparıcı mövqeyindən, partiyanın xalqımıza, dövlətimizə fədakarlıqla xidmət etməsindən bəhs edərək partiya üzvlərinə gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Keçidlər