Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı münasibətilə “Azərbaycan Ədliyyəsi müasir inkişaf mərhələsində” adlı tədbir keçirildi

21 noyabr 2017 | 20:00
   22.11.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətində 22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı münasibətilə “Azərbaycan Ədliyyəsi müasir inkişaf mərhələsində” adlı tədbir keçirildi.
Tədbir Ədliyyə Nazirliyinin fəaliyyətini əks etdirən filmin nümayişi ilə başlandı. Çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Güloğlan Məmmədov Ulu Öndərin qayğısı ilə təkmil bir struktur kimi formalaşaraq inkişaf edən Ədliyyə Nazirliyinin möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə aparılan mütərəqqi məhkəmə-hüquq islahatları çərçivəsində müasirləşməsi, yeni-yeni nailiyyətlərə imza atması haqqında söz açdı.
Sabunçu Rayon Qeydiyyat şöbəsinin rəisi Lətafət Hacıyeva   zəngin və keşməkeşli tarixi yol keçən Azərbaycan ədliyyəsinin 99 illik fəaliyyətini qısa şəkildə xarakterizə etdi.
Çıxış edən Sabunçu Rayon Prokuroru Ceyhun Şirinov Azərbaycan ədliyyəsinin tarixi və inkişaf yolundan, ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə rəhbərliyinin bütün dövrlərində ədliyyə sisteminə göstərdiyi diqqət və qayğıdan bəhs edərək möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə son illər bütün sahələrdə sürətli tərəqqiyə nail olunmasını vurğuladı və ədliyyə və məhkəmə sistemində aparılan uğurlu islahatlardan bəhs etdi.
Keçidlər