Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 3 dekabr – Beynəlxalq Əlillər günü qeyd edildi

01 dekabr 2017 | 20:00
   02.12.2017-ci il tarixində rayonun  Ramana qəsəbəsində yerləşən Sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzində peşə reabilitasiyası keçən gənclərlə görüş keçirilərək onların əl işlərindən ibarət  təşkil olunmuş  sərgiyə baxış keçirildi.
  Sabunçu Rayon İcra Hakimiyyəti və Bakı şəhər Gənclər və İdman Baş  İdarəsinin birgə təşkilatçılığı, Bakı şəhər Mədəniyyət və Turizm Baş idarəsinin dəstəyi ilə baş tutan tədbirdə mədəniyyət və incəsənət nümayəndələri də iştirak edərək mərkəzdə peşə reabilitasiyası keçən gənclərə xoş anlar yaşatdılar.
  Tədbirdə iştirak edən Milli Məclisin deputatı Dilarə Cəbrayılova, Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının müavini Rəna Fərəcova və Bakı şəhər Gənclər və İdman baş idarəsinin rəisi Raqif Abbasovidman, yaradıcılıq və digər sahələrdə uğurlar əldə etmiş bir sıra imkanları məhdud gəncləri Sabunçu rayon Gənclər və İdman İdarəsinin Fəxri Fərman və Diplomları ilə təltif etdilər.
Keçidlər