Şriftin ölçüsü :

Saytın rəngi :

Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Sabunçu rayon gəncləri Heydər Əliyev Mərkəzində

08 dekabr 2017 | 20:00
   09.12.2017-ci il tarixdə Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar olaraq Sabunçu rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində fəaliyyət göstərən Heydər Əliyev muzeyinə ekskursiya təşkil olundu. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, gənc fəallar və "Ölkəmizi tanıyaq" 8-ci tur aksiyasının Sabunçu rayon məktəbliləri iştirak etdilər.Gənclər və şagirdlərin iştirak etdiyi ekskursiya Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi, yeni nəslin milli-mənəvi dəyərlər və ənənələrə bağlı milli ruhda böyüməsi, Azərbaycan və dünya tarixi barədə biliklərinin artırılması məqsədilə təşkil olunmuşdur.
Keçidlər