Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyətində Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi

10 dekabr 2017 | 20:00
   11.12.2017-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin akt zalında Ümummilli lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirildi. Tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Milli Məclisin üzvü Dilarə Cəbrayılova, YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, Rayon İcra Hakimiyyəti başçısının müavinləri, aparat işçiləri, RİHB-nın qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri və rayonun digər rəhbər işçiləri iştirak etdilər.
   Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olduğu dövr barədə ətraflı məlumat verərək  onun Azərbaycanın dövlətçilik tarixində qoyduğu silinməz izlərin əbədi olacağını qeyd etdi.
Daha sonra çıxış edən Milli Məclisin üzvü Dilarə Cəbrayılova, Kürdəxanı Sağlamlıq Mərkəzinin direktoru Esmiralda Abdullayeva, Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Əlibarat Poladov, rayonun gənc müəllimi Şaməddin Babayev Ulu Öndərin Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğu sahəsindəki misilsiz xidmətlərindən söz açdılar.
   Sonda Ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu və çoxşaxəli siyasi fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirildi.
Keçidlər