Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon MKS-in 1 saylı filialında tanınmış uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş təşkil olunmuşdur

17 dekabr 2017 | 20:00
  18.12.2017-ci il tarixdə Sabunçu rayon MKS-in 1 saylı filialında Mədəniyyət və Turizm Nazirliyinin təşəbbüsü və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə tanınmış uşaq yazıçısı Gülzar İbrahimovanın balaca oxucuları ilə görüşü təşkil olunmuşdur.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Sabunçu rayon MKS-in direktoru Nəcibə Hüseynova, Mədəniyyət və Turizm Nazirliyinin məsul işçiləri və valideynlər iştirak etdilər.
Görüşdə uşaqlar nağıllar aləminə sehrli səyahət edərək şeir çələngləri ilə yazıçını sevindirmişlər. Tədbirdə iştirak edən uşaqlara yazıçı Gülzar İbrahimova tərəfindən maraqlı hədiyyələr təqdim edilmişdir.
Tədbirdə muğam ustası Maya Cəbrayılova da musiqi ifaları ilə çıxış etmişdir.
Keçidlər