Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda 209 nömrəli tam orta məktəbin 55 illiyinə həsr olunan tədbir keçirildi

22 dekabr 2017 | 20:00
   23.12.2017-ci il tarixdə Maştağa qəsəbəsində yerləşən 209 nömrəli tam orta məktəbin 55 illiyinə həsr olunan tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Ümumi təhsil sektorunun məsləhətçisi Yaqut Məmmədova, Sabunçu rayon Gənclər İdarəsinin nümayəndəsi, 209 nömrəli tam orta məktəbin direktoru Arizə Mahmudova, məzunlar, müəllimlər və digər qonaqlar iştirak etdilər.
   Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan 209 nömrəli məktəbin direktoru Arizə Mahmudova təhsil müəssisəsinin keçdiyi inkişaf yoluna nəzər salaraq məktəbin təcrübəli pedaqoji kollektivinin səylə çalışdığını, şagirdlərin təhsilində, dünyagörüşünün formalaşmasında əvəzsiz xidmətlərinin olduğunu qeyd etdi. Daha sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova çıxış edərək bu əlamətdar gün, 55 illik yubiley münasibətilə məktəb kollektivini təbrik etdi, təhsil sahəsində aparılan islahatların uğurlu nəticələrinin məhzmöhtərəm Prezident cənab İlham Əliyevin bu sahəyə göstərdiyi böyük diqqət və qayğı sayəsində əldə olunduğunu bildirdi.
  Tədbir şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalarla davam etdirildi. Sonda Sabunçu Rayon İcra Hakimiyyəti tərəfindən məktəbin ictimai həyatında xüsusi fəallıqla iştirak edən müəllimlərə Fəxri Fərmanlar təqdim olundu.
Keçidlər