Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “20 Yanvar – Müstəqilliyə gedən yol” adlı tədbir keçirildi

18 yanvar 2018 | 20:00
  19.01.2018-ci il tarixdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “20 Yanvar – Müstəqilliyə gedən yol” adlı tədbir keçirildi.
  Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Sabunçu RİH başçısının I müavini Güloğlan Məmmədov və  müavin Rəna Fərəcova, Milli Məclisin üzvü Dilarə Cəbrayılova, YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva, Sabunçu Rayon Polis İdarəsinin rəis müavini, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin baş məsləhətçisi Əfqan Abbasov, 20 Yanvar Cəmiyyətinin sədri Rövşən Abbasov, RİHB-nın qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri və rayonun digər rəhbər işçiləri iştirak etdilər.
  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev çıxış edərək bu günün Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olduğunu bildirdilər. Daha sonra çıxış edən Milli Məclisin üzvü Dilarə Cəbrayılova, YAP Sabunçu Rayon Təşkilatının sədri Mehriban Abasquliyeva və 20 Yanvar Cəmiyyətinin sədri Rövşən Abbasov həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladlarının canlarından keçərək şəhidlik zirvəsinə ucaldığını qeyd etdilər. Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.
  Şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildikdən sonra tədbirin bədii hissəsi 215 nömrəli məktəbin xor qrupunun ifasında Azərbaycan musiqisinin səsləndirilməsi ilə başladı və 252, 311, 72, 94, 271 nömrəli məktəb şagirdlərinin  hazırladıqları şeir və musiqilərlə davam etdirildi.
  Sonda 20 Yanvar şəhidlərinin ailə üzvlərinə ərzaq bağlamaları paylanıldı.
Keçidlər