Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi üzrə Nümayəndəliyinin və Sabunçu Bələdiyyəsinin 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir

21 yanvar 2018 | 20:00
   22.01.2018-ci il tarixdə Sabunçu qəsəbəsində yerləşən 148 saylı məktəbin akt zalında Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi üzrə  Nümayəndəliyinin və Sabunçu Bələdiyyəsinin 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. İclasda Sabunçu rayon İcra Hakimiyyəti BaşçısınınI müavini Güloğlan Məmmədov və rayon ərazisində fəaliyyət göstərən qurumların rəhbər və nümayəndələri iştirak etmişdir.
   İclası giriş sözü ilə açan Güloğlan Məmmədov qəsəbə haqqında ümumi məlumat verdikdən sonra qəsəbə nümayəndəsi Məhəmməd Əsədov və bələdiyyə sədri Əlfəddin Həsənov görülmüş işlər və qarşıda duran vəzifələrdən söz açmışlar.
   Tədbirin sonunda iştirak edən sakinlərin də fikirləri, təklif və iradları dinlənilmiş və aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Keçidlər