Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu Rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi üzrə Nümayəndəliyinin və Bilgəh Bələdiyyəsinin 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir

24 yanvar 2018 | 20:00
   25.01.2018-ci il tarixdə Bilgəh qəsəbəsində yerləşən 130 saylı məktəbin akt zalında Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bilgəh qəsəbəsi üzrə  Nümayəndəliyinin və Bilgəh Bələdiyyəsinin 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi. İclasda Sabunçu rayon İcra Hakimiyyəti Başçısının müavini Avtandil Hüseyn-zadəvə rayon ərazisində fəaliyyət göstərən qurumların rəhbər və nümayəndələri iştirak edirdilər.
  İclası giriş sözü ilə açan Avtandil Hüseyn-zadə qəsəbə haqqında ümumi məlumat verdikdən sonra qəsəbə nümayəndəsi Sadiq İbrahimov və bələdiyyə sədri Təyyar İbadov görülmüş işlər və qarşıda duran vəzifələrdən söz açdılar.
 Tədbirin sonunda sakinlərin də fikirləri, təklif və iradları dinlənilmiş və aidiyyatı qurumlara müvafiq tapşırıqlar verilmişdir.
Keçidlər