Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə Nümayəndəliyinin və Maştağa Bələdiyyəsinin 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir

25 yanvar 2018 | 20:00
  26.01.2018-ci il tarixdə Maştağa qəsəbəsində yerləşən 255 saylı məktəbin akt zalında Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Maştağa qəsəbəsi üzrə  Nümayəndəliyinin və Maştağa Bələdiyyəsinin 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirilmişdir. İclasda Sabunçu rayon İcra Hakimiyyəti Başçısının  müavini Avtandil Hüseyn-zadə və rayon ərazisində fəaliyyət göstərən qurumların rəhbər və nümayəndələri iştirak edirdilər.
  İclası giriş sözü ilə açan Avtandil Hüseyn-zadə qəsəbə haqqında ümumi məlumat verdikdən sonra qəsəbə nümayəndəsi Əlican Xəlilov və bələdiyyə sədri İlqar Qurbanov görülmüş işlər və qarşıda duran vəzifələrdən söz açdılar.
 Tədbirin sonunda iştirak edən sakinlərin də fikirləri, təklif və iradları dinlənilərək aidiyyatı qurumlara müvafiq tapşırıqlar verildi.
Keçidlər