Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi üzrə Nümayəndəliyinin və Bakıxanov Bələdiyyəsinin 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi

28 yanvar 2018 | 20:00
    29.01.2018-ci il tarixdə Bakıxanov qəsəbəsində yerləşən Gənclər Evində Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi üzrə  Nümayəndəliyinin və Bakıxanov Bələdiyyəsinin 2017-ci ilin yekunlarına dair hesabat yığıncağı keçirildi.
   İclasda Sabunçu Rayon İcra Hakimiyyətinin Başçısı Adil Vəliyev, RİH başçısının I müavini Güloğlan Məmmədov, müavin  Rəna Fərəcova və rayon ərazisində fəaliyyət göstərən qurumların rəhbər və nümayəndələri iştirak edirdilər.
   İclası giriş sözü ilə açan Adil Vəliyev qəsəbə haqqında ümumi məlumat verdikdən sonra qəsəbə nümayəndəsi Vidadi Səlimov və bələdiyyə sədri Ramis Nəsibov 2017-ci ildə görülmüş işlər və qarşıda duran vəzifələrdən söz açdılar.
   Sonda sakinlərin də fikirləri, təklif və iradları dinlənildi və RİH Başçısı tərəfindən aidiyyatı qurumlara müvafiq tapşırıqlar verildi.
Keçidlər