Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “2 fevral – Azərbaycan Gəncləri Günü” qeyd edildi

29 yanvar 2018 | 20:00
  30 yanvar 2018-ci il tarixdə Sabunçu Gənclər Evində Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı və Sabunçu Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “2 fevral – Azərbaycan Gəncləri Günü” qeyd edildi.
Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, RİH-nin başçısının müavini Rəna Fərəcova, Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Sabunçu Rayon Polis İdarəsinin rəisi Eldar İlyasov, Sabunçu Rayon Prokuroru Ceyhun Şirinov, Rayon Məhkəməsinin sədri İlqar Abbasov, DTX-nin Sabunçu Rayon İdarəsinin rəisi Tuncay Məmmədov, YAP-ın Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, Rayon Gənclər və İdman İdarəsinin rəisi Rakif Əliyev, Bakı Dövlət Sosial-İqtisad Kollecinin direktoru Vidadi Orucov, Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin direktoru Rəhilə Həsrətova və digər qonaqlar iştirak edirdilər.
  Tədbirin əvvəlində Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin fəal gənclərinin əl işləri və rəsmlərindən ibarət sərgiyə baxış keçirildi.
 Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Tədbiri giriş sözü ilə açan Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev bildirdi ki, ölkəmizdə gənclərə belə yüksək dəyərin verilməsi Ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz 1996-cı ildə Ümummilli Liderin təşəbbüsü ilə Azərbaycan Gənclərinin I Forumu keçirildiyini və 1997-ci ildə imzaladığı Sərəncamla fevralın 2-si “Azərbaycan Gəncləri Günü” elan olunduğunu vurğuladı. A. Vəliyev hal-hazırda ölkəmizdə gənclər siyasətinin mahiyyət və keyfiyyətcə yeni mərhələ yaşadığını, Prezident İlham Əliyevin Ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq etdiyini qeyd etdi.
  Daha sonra rayonun ictimai-siyasi həyatında fəal rol oynayan, yüksək nailiyyətlər əldə edən gənclərlə bağlı video-çarx nümayiş etdirildi və gənclərə diplom və hədiyyələr təqdim edildi.
  Tədbir gənclərin ifasında əyləncəli musiqi proqramı ilə davam etdirildi. Sonda gənclərlə birgə xatirə şəkli çəkdirildi.
Keçidlər