Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda “Fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası” adlı layihə çərçivəsində sərgi təşkil olunub

04 fevral 2018 | 20:00
  Sabunçu rayonu Nardaran qəsəbəsində yerləşən 295 saylı tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun 10-cu qrant müsabiqəsinin qalibi olmuş “Fiziki məhdudiyyətli gənclərin cəmiyyətə inteqrasiyası” adlı layihə çərçivəsində 1 saylı Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya mərkəzinin gənclərinin əl işlərindən ibarət sərgi keçirildi. Sərgidə Sabunçu rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, millət vəkili Dilarə Cəbrayılova, RİH başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri və digər nümayəndələr iştirak edirdilər.
   Qonaqlar layihə çərçivəsində keçirilən sərginin əhəmiyyətindən söz açaraq, fiziki məhdudiyyətli gənclərə dövlət tərəfindən göstərilən diqqət və qayğının onların cəmiyyətə inteqrasiyasında mühüm rol oynadığını xüsusi qeyd etdilər.
   Sonda layihə rəhbəri Mətanət Quliyeva hər kəsə minnətdarlığını bildirərək, sərgidə iştirak edən bacarıqlı gənclərə sertifikatlar təqdim etdi.
Keçidlər