Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir

12 fevral 2018 | 20:00
   13.02.2018-ci il tarixində Sabunçu rayon Gənclər EvindəAzərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasının 6-cı ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Rövşən Babayev və əməkdaşları, bir sıra QHT-in rayon şöbələrinin sədr və nümayəndələri, tam orta ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hazırlıq üzrə rəhbərləri, Qarabağ müharibəsi əlil və veteranları və digər şəxslər iştirak edirdilər.
  Tədbir ilk olaraq Dövlət Himninin səslənməsi ilə başladı. Sonra Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaranması və fəaliyyətindən bəhs edən video-çarx nümayiş etdirildi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin rəisi Rövşən Babayev geniş hesabatla çıxış etdikdən sonra Sabunçu Rayon İcra Hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov öz çıxışında Milli Ordumuzun yaranma tarixi, Xalq Cümhuriyyəti dövründə formalaşan ordumuz, Ulu öndər H.Əliyevin sayəsində ölkəmizdə yaradılmış C.Naxçıvanski adına hərbi məktəbin Azərbaycan oğullarının hərbçi kimi formalaşması və yetişməsində önəmli rolu və Ali Baş komandan, möhtərəm Prezidentimizin ordu quruculuğunda göstərdiyi dəstək və qayğıdan söz açdı.
  Tədbirin sonunda göstərdiklərixidmətlərə görə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sabunçu Rayon İdarəsinin bir qrup əməkdaşlarına qiymətli hədiyyə və Fəxri Fərmanlar təqdim edildi.
Keçidlər