Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Ağsaqqallar Şurasının konfransı keçirildi

18 fevral 2018 | 20:00
   Ağsaqqallar Şurasının konfransının keçirilməsinə hazırlıqla əlaqədar olaraq 2018-ci ilin fevral ayı ərzində təsdiq olunmuş qrafikə əsasən rayon qəsəbələrində Ağsaqqallar Şurasının hesabat-seçki yığıncaqları keçirilmişdir. Keçirilən hesabat-seçki yığıncaqlarında rayon Ağsaqqallar Şurasının 19.02.2018-ci il tarixdə keçiriləcək hesabat-seçki konfransına nümayəndə heyəti seçilmişdir.
   Sabunçu rayon Ağsaqqallar Şurasının 19.02.2018-ci il tarixdə keçirilən konfransında Sabunçu rayon Ağsaqqallar Şurasının sədri, Respublika Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü Nadir Əsədov hesabatla çıxış edərək, rayon Ağsaqqallar Şurasının gördüyü işlər və  keçirdiyi görüşlər barədə geniş məlumat verdi. Sonra məruzə ətrafında müzakirələr və çıxışlar keçirildi.
   Konfransda Rayon Ağsaqqallar Şurasının təşkilatı məsələsinə  baxılmış  və Nadir Əsədov yenidən Sabunçu rayon Ağsaqqallar Şurasının sədri seçilmişdir. Yeni təftiş komissiyası yaradılmış və İdarə Heyətinin üzvləri müəyyənləşdirilmişdir. Respublika Ağsaqqallar Şurasının 27.02.2018-ci il tarixdə keçiriləcək 7-ci Qurultayına nümayəndə heyəti seçilmişdir.
Keçidlər