Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayon məktəbliləri Memorial muzeylə tanış oldular

20 fevral 2018 | 20:00
   Azərbaycan Respublikasının Hərbi Prokurorluğu və Sabunçu rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımının iyirmi altıncı ildönümü ilə əlaqədar 21 fevral 2018-ci il tarixində Sabunçu rayonunda yerləşən 10 nömrəli sanatoriya tipli internat məktəbinin yuxarı sinif şagirdləri Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun inzibati binasında fəaliyyət göstərən Memorial muzeyi ilə tanış oldular.
  Tarixi sənədlər, foto və video materiallar, erməni qəsbkarlarının hərbi cinayətləri barədə xarici və Azərbaycan müəlliflərinin kitablarından ibarət yerli ədəbiyyatlazəngin olan Memorial muzeyrayon məktəblilərində geniş təəssürat yaratdı vəməktəblilər erməni faşistlərinin qəddar cinayətləri, qətliamları barədə ətraflı məlumatlar əldə etdilər.
Keçidlər