Şriftin ölçüsü :

Saytın rəngi :

Sabunçu rayonunda Xocalı faciəsinin iyirmi altıncı il dönümünə həsr olunmuş “Hərə bir qəhrəman oldu” adlı tədbir keçirildi

22 fevral 2018 | 20:00
   23.02.2018-ci il tarixdə Pirşağı qəsəbəsində yerləşən 112 nömrəli tam orta məktəbdə Sabunçu Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xocalı faciəsinin iyirmi altıncı il dönümünə həsr olunmuş “Hərə bir qəhrəman oldu” adlı tədbir keçirildi. Tədbirdə Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Komitəsinin Sabunçu rayonu üzrə sektorunun müdiriİlqar Tağıyev, RİH başçısının qəsəbələr üzrə nümayəndələri, bələdiyyə sədrləri və 112 nömrəli tam orta məktəbin direktor, müəllim və şagird kollektivi iştirak edirdilər.
  Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başladı. Daha sonra Xocalı soyqrımında amansızlıqla qətlə yetirilənlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbir 112 nömrəli məktəbin şagird kollektivi tərəfindən Süleyman Rüstəmin “Ana və poçtalyon” şeiri əsasında hazırlanmış səhnəcik və bu mövzuda olan şeirlərin səsləndirilməsi ilə davam etdirildi.
  Sonda çıxış edən Sabunçu Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və 112 nömrəli məktəbin direktoru Xədicə Babayeva bildirdilər ki,bu hadisə XX əsrin ən dəhşətli və qəddar faciələrindən biri hesab edilə bilər.Öz miqyasına və dəhşətlərinə görə dünya tarixində iz buraxan Xocalı soyqırımını törətməkdə erməni şovinistləri və ideoloqları amansız məqsəd güdürdülər. Məqsəd Dağlıq Qarabağ və digər Azərbaycan torpaqlarını ələ keçirmək, xalqımızın müstəqillik və ərazi bütövlüyü uğrunda mübarizə əzmini qırmaq idi. Həmçinin bildirildi ki, Xocalılar hətta amansız soyqırım günündə belə özlərini əsl qəhrəman kimi aparmış, erməni-sovet hərbi birləşmələrinə qarşı qeyri-bərabər döyüşdə igidliklə vuruşmuş, düşmən qarşısında əyilməmiş və xalqımızın qəhrəmanlıq tarixinə şərəfli səhifələr yazmışlar.
Keçidlər